A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) oğlanlardan ibarət voleybol komandası ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadasında uğurla təmsil olunub.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkil etdiyi universiadada voleybol üzrə ölkənin ali təhsil müəssisələrinin tələbələrinin təmsil olunduğu 12 komanda qələbə uğrunda mübarizə aparıb.

Yarışmanın ilk günündə “UNEC” komandası Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetinin komandalarına qalib gəlib.

Növbəti mərhələdə komandamız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasını məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə UNEC voleybolçuları Milli Aviasiya Akademiyasının (MAA) komandası ilə qarşılaşıb. Yarımfinalda MAA-nı məğlub edən UNEC komandası finalda Azərbaycan Tibb Universiteti (ATU) ilə birincilik uğrunda mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışmada UNEC komandası ATU-ya cüzi hesabla (2:1) uduzaraq XIV Respublika Universiadasında ikinci yeri qazanıb.

Qeyd edək ki, UNEC-in voleybol komandanın baş məşqçiləri Vahid Yolçuyev və Qəzənfər Cəfərovdur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR