A

UNEC THİK-in təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat olimpiadası yekunlaşıb.

Oğlanlar arasında 1-ci yeri bütün oyunlarda qalib gələrək, 7 qat şəhər çempionu, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Naxçıvan Open beynəlxalq festivalında 1-ci yeri tutan, İsveçdə keçirilmiş 10-cu beynəlxalq şahmatdan məsələ tərtibində 1-ci yeri tutmuş Biznes və menecment fakültəsinin II kurs tələbəsi Ceyhun Hüseynzadə, 2-ci yeri Təhsil Nazirliyinin təşkil etdiyi məktəblilər arasında şahmat üzrə Respublika çempionatında 1-ci yeri tutmuş, 16 yaşadək şahmatçıların Respublika Olimpiadasında 3-cü yeri tutan, İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Fərid Abdullayev, 3-cü yeri YAP Kəlbəcər rayonu təşkilatının təşkil etdiyi Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilər arasında keçirilən şahmat yarışında 1-ci yeri əldə etmiş, Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbəsi Ruslan Dadaşzadə tutmuşdur.

Qızlar arasında 1-ci yeri Texnologiya və dizayn fakültəsinin III kurs  tələbəsi Fidan Mürsəlova, 2- ci yeri Distant, qiyabi və əlavə təhsil mərkəzininin I kurs tələbəsi Gülər Məmmədova tutmuşdur.

Təltifetmədən qabaq, Biznes və menecment fakültəsinin THİK sədri Şamxal Bağırzadə iştirakçılara şahmata  böyük maraq göstərdiklərinə görə və axıra qədər iştirak etdikləri üçün təşəkkürlərini bildirmişdir. Bu olimpiadanın və UNEC THİK-in bütün tədbirlərinin keçirilməsinə şərait yaratdıqları üçün universitet rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir. Bu olimpiadanın gedişatına UNEC THİK-in sədri Rüfət Süleymanlının xüsusi diqqət göstərdiyini vurğulayıb, olimpiadanın uğurla başa çatmasında göstərdiyi dəstəyə görə təşəkkürlərini bildirmişdir. Gələn tədris ilində, fakültələrarası şahmat turnirinin keçiriləcəyini iştirakçıların nəzərinə çatdırıb, öz fakültə komandalarını formalaşdırmaqlarını tövsiyə etmişdir.

Sonda qaliblər İqtisadçı idman klubunun müəllimləri və Biznes və menecment fakültəsinin THİK sədri tərəfindən diplom, medallar və hədiyyə ilə mükafatlandırılmışdır.

Qeyd edək ki, turnirə hakimliyi İqtisadçı İdman klubunun məşqçisi, Beynəlxalq dərəcəli qrossmeyster Sərxan Quliyev etmişdir. Sonda tələbələrə öz tövsiyələrini vermiş, gələcək turnirlərə qədər zəif tərəflərini inkişaf etdirmələrini məsləhət görmüşdür.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR