A

“UNEC THİK CUP” futbol çempionatının qalibləri müəyyən olunub.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin və UNEC “İqtisadçı” İdman klubunun təşkilatçılığı ilə keçirilən futbol yarışmasının finalında Texnologiya və dizayn fakültəsi ilə İqtisadiyyat fakültəsinin komandası qələbə uğrunda mübarizə aparıb.

Gərgin keçən final mərhələsində Texnologiya və dizayn fakültəsinin tələbələrindən ibarət “Texno Rangers” komandası qalib olub. İqtisadiyyat fakültəsinin “Wolf team” isə II yerin sahibi olub.

Qalib komandanın üzvlərinə  kubok, diplom, mükafat və medallar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay