A

UNEC-də  Ümumilli lider Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunan onlayn şahmat turniri yekunlaşdı.

UNEC tələbələri arasında keçirilən yarışmada 44 tələbə eyni anda yarışıb. Onlayn şahmat turnirinin qalibi İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Fərid Abdullayev olub. Turnirdə II yeri İqtisadiyyat fakültəsinin tələbəsi Şahin Rəhimov, III yeri Biznes və menecment fakültəsinin tələbəsi Ceyhun Hüseynzadə, IV yeri isə Maliyyə və mühasibat fakültəsinin tələbəsi Sahil Mehralıyev qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay