A

UNEC-də Azərbaycanın zəfəri ilə nəticələnən Vətən Müharibəsinə həsr olunan onlayn şahmat turniri keçirilib. 

Maliyyə və mühasibat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr arasında keçirilən yarışmada bütün fakültələr üzrə 80 tələbə eyni anda yarışıb. Gərgin və maraqlı keçən onlayn şahmat turnirinin qalibi SABAH Mərkəzinin II kurs tələbəsi Hüseyn Hacıyev olub. Turnirdə II yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Elgün Abdullayev, III yeri Mühəndislik fakültəsinin I kurs tələbəsi Zaur Həsənov qazanıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay