A

UNEC-in Biznes və menecment fakültəsində universitetin veteran əməkdaşı, professor Tofiq Məmmədovla görüş keçirilib.

Tədbiri açan fakültə dekanı, dosent Mirağa Əhmədov görüşün UNEC-in 90 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində keçirildiyini bildirib. M.Əhmədov “Ticarət və gömrük işinin təşkili” kafedrasının veteran professoru Tofiq Məmmədovun pedaqoji fəaliyyətindən söz açaraq, onun şərəfli ömür yolundan danışıb.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev isə müəllim-tələbə heyətinə Tofiq müəllimin elmi-pedaqoji fəaliyyətindən söz açıb. Bildirib ki, T.Məmmədovun 1992-2006-cı illərdə rəhbərlik etdiyi “Marketinq və ticarət” kafedrası bakalavr və magistratura pilləsi üzrə yüksəkixtisaslı kadr hazırlığı sahəsində böyük ugurlar qazanıb. Onun elmi rəhbərlik etdiyi müəllimlərin bir çoxu dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi alıb.

Fakültənin Həmkarlar Təşkilatının sədri dosent Pikəxanım Xudiyeva və digər çıxış edənlər T.Məmmədovun gözəl insan, istedadlı alim kimi xüsusiyyətlərindən danışıblar, onun həm kollektiv, həm tələbələri tərəfindən sevilən bir pedaqoq olduğunu bildiriblər.

UNEC-in veteran professoru Tofiq Məmmədov sonda xoş sözlərə və göstərilən diqqətə görə UNEC rəhbərliyinə, eləcə də fakültənin professor-müəllim heyətinə öz təşəkkürünü bildirib. UNEC-də həyata keçirilən uğurlu islahatları daim izlərdiyini və qürur hissi keçirdiyini qeyd edib.

Sonda T.Məmmədova  xatirə hədiyyəsi təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay