A

UNEC-in 90 illiyi ərəfəsində məzunların bir araya gətirilməsi məqsədilə İqtisadiyyat fakültəsi ,“İqtisadiyyatın tənzimlənməsi” kafedrası və “İqtisadçı” Tələbə Elmi Klubunun təşkilatçılığı ilə yeni layihəyə start verilib.

Layihə çərçivəsində xaricdə təhsilini davam etdirən UNEC məzunları ilə onlayn görüşlər təşkil olunacaq.

İlk onlayn görüşdə İtaliyanın Lazio regionunda yerləşən Cassino universitetində təhsil alan UNEC İqtisadiyyat fakültəsi məzunu Bəxtiyar Nəsibli “Pandemiyanın İtaliya iqtisadiyyatına təsiri və antiböhran tədbirləri” mövzusunda çıxış edib. Məruzəçi hazırda İtaliyadakı mövcud iqtisadi vəziyyəti şərh edərək, dövlətin pandemiyaya qarşı apardığı mübarizə tədbirləri barədə  məlumat verib.

Onlayn seminara qoşulan “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, prof.Məhiş Əhmədov xaricdə təhsilini davam etdirən məzunlarla görüşlərin keçirilməsini yüksək qiymətləndirib, məzunlarla əlaqələrin davam etdirilməsini müsbət ənənə olduğunu deyib.

UNEC mentorlarının rəhbəri dos. Esmira Babaşirinova tələbələrin onlayn elmi platformalarda bir araya gəlməsinin əhəmiyyətindən danışaraq, UNEC ailəsinin üzvü olan məzunlarla görüşlərin bütün fakültələrdə vaxtaşırı təşkil olunmasının vacibliyini vurğulayıb.

İqtisadiyyat fakültəsinin baş mentoru Zeynəb Qiyasovanın təşəbbüsü ilə start verilən layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində yaşayan, həmçinin təhsillərini davam etdirən UNEC məzunları ilə vaxtaşırı elmi görüşlər təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay