A

UNEC-in 90 illik yubiley tədbirləri çərçivəsində keçirilən Online Karyera günləri tələbə və məzunlar tərəfindən böyük maraqla izlənilir.

11 maydan etibarən start götürən və hər gün müxtəlif ekspertlər, iş adamları, müxtəlif şirkətlərin İnsan resursları üzrə rəsmilərinin iştirakı ilə keçirilən Online Karyera günləri artıq 10-cu günündədir. Bu müddət ərzində sosial şəbəkələrdə hər canlı yayımı 2000-ə yaxın izləyici dinləmişdir ki, bu da gənclərin layihəni böyük maraqla qarşıladıqlarını göstəricisidir.

Online Karyera günlərinin əsas məqsədi gənclərə karyerayönümlü məsləhətlərin, iş dünyasına hazırlığa dair tövsiyələrin verilməsi və tələbələrin özünüinkişafıdır. Karyera günlərində qonaqlarla müzakirələr də məhz bu istiqamətlərdə qurulur.

İlk gündə canlı yayımın qonağı olan və insan resurslarının idarə olunması üzrə sistem quruculuğu işi aparan Elçin Zeynalov dəyişikliyin idarə olunmasında ADKAR modeli barədə məlumatlar paylaşıb. Layihənin ikinci günündə “Veysəloğlu” Şirkətlər Qrupunun İnsan Resursları Biznes Tərəfdaşlıq Departamentinin aparıcı mütəxəssisi Abid Səmədov tələbələrlə şəxsi inkişaf və iş həyatına hazırlıq barədə dəyərli təcrübələrini paylaşıb. Layihənin üçüncü günündə iki qonaq fərqli saatlarda efirdə çıxış ediblər. "Veysəloğlu" Qrupuna daxil "Oba Retail" MMC-nin İşə qəbul üzrə mütəxəssisi Fidan Quluzadə şirkətdə mövcud aktiv vakansiyalar, işə müraciət qaydaları barədə çıxış edib və namizədlərə tövsiyələri çatdırıb. Azərsun Holdinqin Treyd marketinq departamentinin direktoru Şəmsi Bayramzadə isə universitet həyatında dəyərləndirilməli olan fürsətlər, karyerada ilk addımlara dair praktik biliklər paylaşıb.

Layihənin dördüncü günündə 3 qonağın yayımı həyata keçirilib. "166 Yükdaşıma və logistika" şirkətinin HR direktoru Ceyran Fərazi tələbələrin əmək bazarında dəyərinin artırılması yollarından, karyera imkanlarının dəyərləndirilməsi metodlarından danışıb. "Veysəloğlu" Qrupuna daxil "Oba Retail" MMC-nin İşə qəbul üzrə aparıcı mütəxəssisi Könül Ağasənli çıxışı zamanı “Uğurlu karyera yolu necə seçilməlidir?” sualının cavabını izləyicilərlə paylaşıb. Təlimçi Könül Quliyeva isə natiqlik, ünsiyyət texnikaları, bədən dili, liderlik bacarıqlarının karyera quruculuğundakı rolundan bəhs edib.

Layihənin 5-cü günündə çıxış edən "Kapital Bank" ASC-nin İşəqəbul şöbəsinin müdiri Nərgiz Əzimova vakansiyalar, işəqəbul mərhələləri, müsahibəyə hazırlıq, uğurlu karyera istiqamətində tövsiyələrini çatdırıb. Təlimçi və kouç Toğrul Ələkbər çıxışı zamanı karyera planlaşdırılmasında yol xəritəsinin detallarını açıqlayıb.

Canlı yayım seriyasının altıncı günündə "Ernst & Young" şirkətinin Audit xidmətləri üzrə meneceri Nizami Yusifli və "Bank of Baku" ASC-nin Seçim və yerləşdirmə bölməsinin rəhbəri Rüfət Hacıyev isə karyera planlaşdırılmasında yeni yanaşmaları izləyicilərlə paylaşıblar.

Layihənin yeddinci günündə Beynəlxalq Akkreditasiyalı Peşəkar “kouç” Sənan Həsənov özünü kəşf, potensialın təhlili barəsində spesifik metodları paylaşıb.

Səkkizinci günündə çıxış edən "Kapital Bank" ASC-nin İşə qəbul şöbəsinin baş mütəxəssisi, təlimçi Fidan Hüseynova tələbələrə təcrübə və könüllü fəaliyyətinin əhəmiyyətindən, iş müsahibəsində diqqət edilməli məqamlardan danışıb.

Layihənin doqquzuncu günündə "SAT Group" şirkətinin rəhbəri Azad Qəhrəmanov izləyicilərə satış bacarıqlarının inkişaf etdirilməsi yollarından bəhs edib.

Onuncu günündə isə nüfuzlu KPMG Azərbaycan şirkətinin rəsmiləri olan Nəsibə Muradxanova - direktor, Audit departamentinin rəhbəri, Asiya Haqverdiyeva - İnsan Resusrları və Marketinq üzrə meneceri, Aydan Bədəlova - İnsan Resursları və Marketinq üzrə mütəxəssisi şirkətdəki karyera imkanları, iş mühiti və uğurlu iş həyatından danışıblar.

"Brandup" şirkətinin həmtəsisçisi, "Majlis Business Network" həmtəsisçi və rəhbəri Tamerlan İsmayılov isə tələbələrə biznes fəaliyyətinə başlamaqla bağlı bilgilər paylaşıb.

Canlı yayımların video-yazılarını Youtube və Facebookda yaradılan “pleylist”dən izləmək mümkündür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay