Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibəti ilə universitetin əcnəbi tələbələri UNEC-in himnini Azərbaycan dilində ifa ediblər.
Beynəlxalq əməkdaşlıq departamentinin təşkilatçılığı ilə hazırlanan himni UNEC-in Əfqanıstan, Yəmən, Nepal, Pakistan, Liberiya və digər ölkələrdən olan əcnəbi tələbələri səsləndiriblər.