A

UNEC-in 90 illik yubileyi münasibətilə tələbələr “Evdə qal, kitabla qal” adlı sosial layihəyə start veriblər.

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunan sosial layihə çərçivəsində tələbələr oxuduqları kitabları, eləcə də dərslikləri digər tələbələrlə paylaşıblar. Layihənin ilk iştirakçıları Maliyyə və mühasibat fakültəsinin tələbələri olub. Onlar oxuduqları dərslikləri və bədii ədəbiyyatları tələbə yoldaşlarına hədiyyə ediblər. Layihə çərçivəsində 50-dən çox kitab Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Füzuli, Zaqatala və digər rayonlarda yaşayan UNEC tələbələrinə çatdırılıb.

Layihənin məqsədi tələbələrin kitablara marağını daha da artırmaq, eləcə də mövcud durumdan səmərəli istifadə olunmasına şərait yaratmaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay