A

Hörmətli Ədalət müəllim,

UNEC-in bütün tələbə və müəllim heyətini, Siz başda olmaqla, universitetin 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm!

Mən 30 ildir Almaniyada universitet sistemində yaşayıb-yaradan bir azərbaycanlı kimi UNEC-in son illərdə Sizin gəlişinizdən sonra əldə etdiyi nailiyyətlərə cox sevinirəm. Mən bu nailiyyətlərin canlı şahidi olmaqla bərabər, həm də onların beynəlxalq aləmdə əsas təbliğatçılarından biriyəm. UNEC-də hamiya bəllidir ki, Azərbaycana hər gəlişimdə alman həmkarlarımla birlikdə Sizləri ziyarət edirəm, tələbə və müəllim heyətilə görüşlərimiz olur. Alman həmkarlarımın Azərbaycanın təhsil sistemində müasir tələblərə, innovasiyalara cavab verən belə bir ibrətamiz universitetin olduğunu görməsinə çalısıram. Təbii ki, onların belə bir ab-havanı görməsi və gördüklərinə pozitiv reaksiyasi məni cox sevindirir. Məhz bu səbəblərə görə Nobel mükafatı laureatı Aziz Sancarın Azərbaycana ilk səfəri zamani sabiq Təhsil nazirimiz Mikayil Cabbarov ona ev sahibliyi etməyi UNEC-ə tapşırmışdı.

Həmin görüşlərdən sonra Aziz Sancarın mənə yazdığı məktubunda Azərbaycanda belə bir təhsil ocağını görməsini, oradakı təhsil mühitinin və görüşlərinin səviyyəsindən cox məmnun olduğunu və bu səbəbdən də Azərbaycana olan sevgisinin birə on artdıgını dilə gətirməsi təbii ki, başa düşüləndir və qürurvericidir. Aziz Sancarın Azərbaycana səfəri və UNEC haqqındakı dəyərli fikirləri təhsil məkanımız üçün zənnimcə, çox əlamətdar hadisə sayıla bilər. UNEC-i səciyyələndirən daha bir cəhət də əldə etdiyi nailiyyətlərlə kifayətlənməməsidir və yeni tələblərə layiqincə adekvat reaksiya verməsidir. Dediyimin təsdiqinin bariz nümunəsi kimi, bu yaxınlarda UNEC-in distant təhsillə bağlı təşkil etdiyi və mənim də Torontodan (hal-hazırda mən Kanadada bir il ərzində James D.Murray Distinguished Professor statusundayam) qatıldığım Beynəlxalq Online Konfransı göstərmək olar. Bu Beynəlxalq Konfrans Azərbaycan təhsil məkanında bir neçə ilkə imza atması ilə tarixdə yadda qalasıdır. Birincisi, COVID-19 zamanı ilk dəfə olaraq belə bir Beynəlxalq Konfransın kecirilməsi ilə, həm də oraya canı ilə, qanı ilə xaricdə yaşayan bizim dəyərli azərbaycanlı alimlərimizin qatılması və distant təhsillə bağlı dəyərli fikirlər söyləməsi ilə. Bunları Azərbaycanda hamı bilir, görür və çox dəyərləndirir: bir sözlə, görünən dağa nə bələdçi.

Həqiqətən UNEC Azərbaycan təhsilini, nəticə etibarı ilə Azərbaycan həqiqətlərini dünyaya çatdıran mühüm əsas təhsil brendlərimizdən biridir. Artıq hamı üçün mənim fikrim: UNEC is UNIQUE bir aforizmə çevrilmişdir.

100 illik yubileyinizdə görüşmək ümidi ilə!

Hal-hazırda Torontodan hörmətlə,
Messoud Efendiev James D.Murray Distinguished Professor

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay