A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyinə həsr olunmuş “Gələcək haqqında axtarışlar fonunda intellektual miras məsələsi” mövzusunda onlayn konfrans keçirilib.

UNEC-in professor-müəllim heyəti ilə yanaşı, AMEA-nın müxbir üzvləri, ölkənin tanınmış alimlərinin də iştirak etdikləri konfransda universitetin professorlarının həyat və elmi yaradıcılıqlarına həsr olunan məruzələr dinlənilib.

Konfransın açılışında çıxış edən Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov konfransın  əhəmiyyətindən danışaraq, ölkə elminə töhfələr verən alimlərin həyat və yaradıcılıqlarından bəhs edilməsinin gələcək nəsillər üçün böyük önəm daşıdığını qeyd edib.

Sonra “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əlican Babayevin moderatorluğu ilə AMEA-nın müxbir üzvlərü, professorlar Bəhmən Axundov, Teymur Vəliyev, Ağasəlim Ələsgərov, professorlar Raqib Quliyev, İslam Qarayev, Ağaməmmədhəsən Dadaşov və digər alimlərin həyat və yaradıcılığından danışılıb, onların elmə verdikləri töhfələrdən söhbət açılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay