A

CBC TV

Aprel döyüşləri Azərbaycan ordusunun şanlı səhifəsidir. Döyüşlərdə iştirak edən hərbçilərimiz isə əsl qəhrəmanlıq nümunəsidirlər. Onların bəziləri ölümləri ilə şəhidlik zirvəsinə ucalıblar, sağ qalanlar isə canlı əfsanəyə cevriliblər. Azərbaycan Dövlət İqtisad Universiteti Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə öz tələbələrinə bu qəhrəmanlarla görüşmək imkanı yaradıb.Aprel döyüşlərinin qəhrəmanları tələbələrə döyüşlər zamanı keçirdikləri hisslər və yaşadıqları anlar, eləcə də düşmən ordusunun geriyə çəkilməsi ilə bağlı danışıblar. Bildiriblər ki, bu zəfərə nail olmaq üçün döyüş yoldaşları öz canlarından keçiblər, həyatları bahasına torpaqları düşmən işğalından azad ediblər. Onlar şəhidlik zirvəsinə ucalmaqla, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqlar. Döyüşlərdə inanılmaz şücaət göstərən hərbçilərin əksəriyyəti indi də ön cəbhədə xidmətini davam etdirir.VİDEO 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay