A

525.az

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016-17-ci tədris ilinin qış imtahan sessiyasının növbəti mərhələsi keçirilib.Yazılı və test üsulu ilə keçirilən imtahanlarda ümumilikdə 12086 tələbənin iştirakı nəzərdə tutulub. İlk dəfə olaraq Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində imtahanlar eyni qaydada keçirilir.

Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə UNEC-də yeniliklər tədbiq edilib.

UNEC-in Marketinq və Kommunikasıya Departamentinin  direktoru Rasim Şərifov  deyir ki, sessiya dövründə ilk dəfə olaraq QHT nümayəndələri tələbələr arasında sessiya ilə bağlı anonim sorğu keçirəcəklər. Sorğunun nəticələri imtahanların təşkili və tələbə biliyinin qiymətləndirilməsi ilə bağlı real vəziyyəti ortaya çıxaracaq. Qarşıya çıxan problemlərin həlli üçün müvafiq addımlar atılacaq.R.Şərifovun sözlərinə görə, sessiya dövründə hər həftənin şənbə günü saat 10:00-12:00-da UNEC rektorunun “Açıq qapı” günü keçiriləcək. “Açıq qapı”da səslənən irad və şikayətlər obyektiv araşdırılır və tədbir görülməsi üçün məsul şəxslərə göstərişlər verilir. Bir sıra məsələlər isə yerindəcə həll edilir. UNEC-in rektoru, professor Ədalət Muradov KİV və QHT nümayəndələrini “Açıq qapı” günlərində, həm də imtahan sessiyasında yaxından iştirak etməyə dəvət edib: “Universitetdə təhsilin keyfiyyətinin davamlı təkmilləşdirilməsi üçün sizin rəyiniz bizim üçün çox əhəmiyyətlidir”.Departament direktoru qeyd edib ki, qış imtahan sessiyasının bir yeniliyi də ondan ibarətdir ki, bu il universitetin “Qaynar xətt” (146-1-3) xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda onların araşdırılmasına da yalnız onlar nəzarət edir: ”Qaynar xətt”ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır”.UNEC 2016-17-ci tədris ilinin qış imtahan sessiyasının obyektiv və şəffaf təşkilini təmin etmək məqsədi ilə “Qərargah” yaradılıb. Həftənin beş günü 09:00-18:00-dək fəaliyyət göstərəcək “Qərargah” UNEC-in bütün tədris binalarında, Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində müraciətləri dinləyərək, qarşıya çıxan problemləri operativ araşdıracaq.“Qərargah”ların əlaqə nömrələri:əsas tədris binası: 146-1-3, 492-59-03 (211-ci otaq),2-ci tədris binası: 564 40 39 (100-cü otaq),4-cü tədris binası: 440 76 43 (414-cü otaq),Zaqatala filialı: (024) 22 50 30 56,Maliyyə-İqtisad Kolleci 493 51 10.Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları axşam saat 22.00-dək işləyəcək. Tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb.Bununla yanaşı E-apellyasiya xidməti də tələbələrin ixtiyarına verilib. İmtahan sessiyası dövründə Elektron Müracət Sisteminin köməkliyi ilə tələbələr operativ şəkildə apellyasiya müraciətlərini edə və nəticələrini öyrənə bilərlər. Bunun üçün erize.asue.edu.az saytına daxil olmaq kifayətdir. Sistem həmçinin tələbənin vaxtına qənaəti təmin edir.Sessiya boyu tələbələrin ən çox istifadə etdikləri vasitələrdən biri də onların intellektual potensialının aşkar olunması və inkişaf etdirilməsinə xidmət edən “Özünü sına” online sınaq imtahan portalıdır. Portal həm də tələbələrin imtahanlara psixoloji hazırlanmasına kömək edir. Artıq sinaqimtahani.net portalının mobil tətbiqetməsi də UNEC tələbələrinin ixtiyarına verilib. Qış imtahan sessiyası öncəsi portala yeni funksiya əlavə edilib. Belə ki, sistem istifadəçinin ən çox hansı fəndən imtahan verdiyini yadda saxlayır. İstifadəçi portala növbəti ziyarətində birbaşa idarə panelindən imtahanı başlaya bilir. Sistem fənni tamamən mənimsədikdən sonra istifadəçiyə onu siyahıdan uzaqlaşdırmaq imkanı da verir. R.Şərifovun sözlərinə görə, sessiyanın sonuna kimi QHT nümayəndələri, təhsil ekspertləri və imtahanlara məsul şəxslər Radio UNEC-in canlı efirində tələbələrin suallarını cavablandıracaqlar: «Radio UNEC-in “UNEC imtahan” adlı imtahanların təşkili ilə əlaqədar məsul şəxslərlə, təhsil üzrə ekspertlərlə müzakirələr təşkil edilir. Onlar canlı efirdə tələbələrin suallarını cavablandırırlar. Qonağın kimliyi ilə bağlı məlumatın öncədən sayt və sosial şəbəkə vasitəsi ilə elan edilir.“UNEC imtahan” verilişinin ilk qonağı “XXI əsr təhsil mərkəzi”nin rəhbəri Etibar Əliyev olub. Verilişdə UNEC-də qış imtahan sessiyasının təşkili müzakirə edilib. E.Əliyev imtahan prosesinin ictimaiyyətə açıq keçirilməsini müsbət hal kimi dəyərləndirib. Bunun tələbə biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsində çox önəmli amil olduğunu vurğulayıb. Ekspert dinləyicilərin QHT nümayəndələrinin tələbələr arasında anonim sorğu keçirməsi, “Qaynar xətt” xidmətinin jurnalistlərə həvalə edilməsi və digər suallarını cavablandırıb.Verilişin növbəti qonağı əməkdar elm xadimi, professor Şahlar Əsgərov olub. Ş.Əsgərov canlı efirdə tələbələrin suallarını cavablandırıb.Radio UNEC-də yayımlanan “Tələbə imtahanda” verilişində isə 2016-2017-ci tədris ilinin qış imtahan sessiyasının gedişatı barədə dinləyicilərə ətraflı məlumat verilir. Verilişdə tələbələr imtahan sonrası təəssüratlarını bölüşür, qarşılaşdıqları problemləri müzakirəyə çıxarırlar”.R.Şərifov əlavə edib ki, UNEC-də qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd həm də UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.

Yanvarın 5-də Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində də imtahan keçirilib. 2016-2017-cı tədris ilinin qış imtahan sessiyasında əyani şöbə üzrə 47 qrupda təhsil alan 1034 nəfər tələbə iştirak edib. 1034 nəfər tələbədən 70 nəfəri normadan artıq dərs buraxdıqlarına görə qış imtahan sessiyasına buraxılmayıb. 301 imtahanı əhatə edən 47 fənn üzrə test nümunələri hazırlanıb. Hər bir fənn üzrə hazırlanan 300 test nümunəsi tələblərə təqdim edilib.İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb.

S.QARAYEVA

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR