A

UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirilib. İlk görüşdə rektor, professor Ədalət Muradovla yanaşı, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iştirak edib. Onlar da “Açıq qapı”ya gələn vətəndaşların müraciətlərini dinləyiblər. Görüşdən sonra ictimaiyyət nümayəndələri “Açıq qapı” ilə bağlı təəssüratlarını unec.edu.az saytı ilə bölüşüblər.

Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev: 

 

“UNEC-də İctimai nəzarət şurasının üzvü kimi rektor, professor Ədalət Muradovun keçirdiyi qəbulda iştirak etdim. Qəbulda universiretin struktur rəhbərləri, tanınmış media və QHT nümayəndələri, təhsil ekspertləri də dəvətli idilər. Qəbula müxtəlif mövzuda, hətta şəxsi problemlərlə bağlı gələnlərin müraciətləri dinlənilərək hər birinə qaneedici cavablar verildi. Ümumiyyətlə, bu cür qəbullarda istənilən KİV və ya ictimaiyyət nümayəndələrinin, eləcə də vətəndaşların iştirakı UNEC-də aparılan reformalardan, şəffaflıqdan, 

ictimaiyyət üçün açıqlıqdan irəli gəlir. İqtisad Universitetində tələbənin bilik və bacarığı, professor-müəllim heyətinin savadı və peşəkarlığı əsas meyar kimi qəbul edilir. Bu baxımdan rektor Ədalət Muradovun şəxsi təşəbbüsü və ölkə rəhbərliyi tərəfindən gələcək nəslin savadlı və bacarıqlı kadr kimi yetişdirilməsi ücün qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi istiqamətində atılan addımlar müsbət və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Təbii ki, belə bir nailiyyətə çatmaq çətinliklərlə, zəhmətlə, əziyyətlə, ancaq öz şəxsi ambisiyalarına hakim olmağı düşünən kimlərinsə xoşuna gəlməməklə başa gəlir. Belə maneələr düzlük və dürüstlük qarşısında tab gətirə bilməyəcək amillərdir və haqq işi öz bəhrəsini verəcəkdir. Bu yolda bütün UNEC kollektivinə uğurlar diləmək ölkənin, gələcək nəsillərin, gələcəyini düşünən hər bir vətəndaşın borcudur…

Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az İA-nın rəhbəri Elşad Eyvazlı:

 

“İqtisad Universitetində ötən şənbə günü keçirilən “Açıq qapı”da iştirak etdim. Açığı, rektorun qəbuluna gələnlər üçün yaradılan şərait yaxşı mənada məni heyrətləndirdi. Çünki adı qəbula gələnlər siyahısında olmayanlar da rektorla görüşə bildilər. Təhsil haqqından tutmuş, imtahanla, işlə bağlı 30 nəfər fərdi şəkildə qəbul edildi. Hər şey açıq şəkildə müzakirə olundu. Problemləri həll olunmayanlar da razı getdilər. Çünki gerçəklik, mövcud durum, imkanlar həmin insanlara çatdırıldı. Mənə belə gəlir ki, bütün universitetlərdə bu şəkildə görüşlər keçirilsə, ümumən ali təhsilimz bundan yararlana bilər.

“XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev:

 

 UNEC-də keçirilən “Açıq qapı”da 30-a yaxın vətəndaşın probleminin dinlənilməsinin şahidi olduq. Onların əksəriyyətini valideyn, tələbə və işlə bağlı müraciət edənlər təşkil edirdi. Rektor Ədalət Muradov müraciət edən hər bir vətəndaşı diqqətlə dinləyir və onlara maksimum səviyyədə kömək göstərməyə çalışırdı. Əslində rəhbər işçilərdə humanist keyfiyyətlər mühüm önəm kəsb edir və biz bunu Ədalət müəllimin timsalında gördük. O, müəllim vəzifəsi üçün müraciət edənlərin qabiliyyətini öyrənmək üçün ali məktəbin qarşısına qoyulan vəzifələr çərçivəsində səmimi söhbət aparır və yaxşı kadrları ali məktəbə cəlb etmək üçün bütün imkanları saf-çürük edirdi. Əslində bu məqsədlə qəbula gələnlərin özləri də məmnun qaldılar. Mən rektora ali məktəbin mənafeyini bu cür qorumasına görə minnətdarlığımı bildirirəm. Keçirilən “Açıq qapı”da biz də şahidi olduq ki, müraciət edən vətəndaşların böyük əksəriyyətinin problemləri yerindəcə həll olundu. “Açıq qapı”da iştirakımız hərtərəfli monitorinq üçün mühüm göstəricidir. 

 “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva:

 

 Müraciətlər əsasən imtahan nəticələrindən güzəştlərin edilməsi, doktoranturaya qəbul, təhsil haqlarının ödənilməsində möhlət hüququnun əldə edilməsi və digər məsələlərlə bağlı oldu. Universitetdə çalışmaq istəyən, xüsusən də pedaqoji fəaliyyətlə məşğul olmaq niyyətində olanlar da qəbula gələnlər arasında çoxluq təşkil edirdi. Bütün müraciətlər yerindəcə araşdırılaraq, vaxtında və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə struktur bölmələrə tapşırıqlar verildi.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR