A

Tədbirin iştirakçısı, tanınmış təhsil üzrə ekspert fəlsəfə doktoru Etibar Əliyevin açıqlamasını təqdim edirik:

moderator.az

“UNEC tələbələrinin etdikləri təqdimatlar onu göstərdi ki…” – EKSPERT
Azərbaycan  Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq səviyyəli dünyaca məşhur “Science Slam” elm müsabiqəsi təşkil olunub.
Müsabiqənin əsas fəlsəfəsi – həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, elmə fərqli prizmadan baxaraq populyarlaşdırmaqdır.
Müsabiqə barədə tanınmış tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin fikirlərini öyrəndik:
“May ayının 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Science Slam” UNEC proqramı üzrə universitet tələbələrinin elmi məruzələrinin təqdimatını izlədik. İlk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə olaraq Azərbaycanda, UNEC-də təşkil edilən tələbələrin azad iqtisadi zonalar və offşor, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, milli incilər və aksesuarlar, reklam sənayesi, antimaddə, RSA şifrələmə sistemi haqqında araşdırmaları dinlənildi. Universitetdə “elm və təhsiln vəhdəti” paradiqması çərçivəsində təşkil edilən bir sıra tədbirlər, o cümlədən “Elm aylığı”nda keçirilən mühazirələr, ilk TEDx konfransının təşkil olunması və tələbələrin elmi məruzələrinin təqdimatları onu göstərir ki, bu ali məktəb qarşıya qoyulan əsas məqsədə, nüfuzlu tədqiqat universiteti kimi təşəkkül tapmağa doğru uğurla irəliləyir. Bir çox hallarda  test üsülu ilə keçirilən imtahanların tələbələrin fikirlərini ifadə etmələrinə  yardımçı ola bilməməkdə, başqa sözlə onların ünsiyyət bacarıqlarını məhdudlaşdırmasından danışırlar. UNEC-də keçirilən tədbir bizə onu söyləməyə imkan verir ki, yaradılmış sağlam təhsil mühiti tələbələrə nəinki fikirlərini azad şəkildə ifadə etməyə, hətta müəllifi olduqları ideyaların məharətlə təqdimatına  yardımçı olur. Yeni mahnı, yeni ideya, yeni mexanizmlər-bütün bunlar kreativliyin məhsuludur. Kreativliyin nəticələri mədəniyyəti zənginləşdirir, həyat səviyyəsini yüksəldir.
UNEC tələbələrinin etdikləri təqdimatlar onu göstərdi ki, artıq kreativ təfəkkürlü gənclik öz sözünü deyir, yeni platformalarda özlərini gerçəkləşdirə bilirlər. Bu tədbir ideyası olan gənclərə aydın üfüqlər açdı. Orta və yaşlı nəsil alimlər bundan zövq aldılar. Bunu gənclərimizin insan kapitalının inkişafına verdikləri töhfə kimi də dəyərləndirmək olar. Bu cür ciddi tədbirlər tələbələrə həm də ideyalar axtarışı yolunda açılmış cığırdır. Tələbələrin elmi məruzələri, ideyaların təqdimatı Universitetlərin reytinqinə təsir edə biləcək kriteriya səviyyəsində qiymətləndirilməlidir”.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay