A

UNEC-in ev sahibliyi etdiyi beynəlxalq “Science Slam” elm müsabiqəsi ictimaiyyətdə müzakirəsi davam edir. Millət vəkilləri, təhsil üzrə ekspertlərin, ictimaiyyət nümayəndələrinin münasibətləri KİV-də və sosial şəbəkələrdə geniş yayılıb.

Tədbirdə iştirak edən əməkdar elm xadimi, professor Şahlar Əsgərov müsabiqə ilə bağlı maraqlı açıqlama verib. Açıqlama moderator.az saytına yerləşdirilib:

moderator.az

Əvvəla qeyd edim ki, bu “Science Slam” söz birləşməsini elmin səs-küyü (taqqıltısı) kimi tərcümə etmək olar. Science Slam – elmi populyarlaşdırmaq və gəncləri elmə cəlb etmək məqsədi daşıyan bir beynəlxalq layihədir. Bu elm yarışması kimi “Science Slam” 2010 ildə Almaniyada həyata vəsiqə almışdı. Yarışmanın ideyası Aleks Drepekə məxsusdur. Science Slamı həyata keçirən, onun müasir “elmi döyüş” formatını müəyyən edən Bundestaqın sabiq əməkdaşı Qriqor Byuninqdir. Bu yarışmanın keçirilmə qaydaları sadədir: birincisi, məruzənin müddəti 10 dəq müəyyənləşdirilib; ikincisi, məruzəci öz tədqiqatlarını təqdim etməlidir; üçüncüsü, məruzə o qədər sadə olmalıdır ki, qeyri peşəkar dinləyicilər onu başa düşə bilsin və alqışlama ilə reaksiya verə bilsin.Science Slam məruzəçisi ali məktəb tələbələri və gənc müəllimlər, texnologiya və İT üzrə mütəxəsislər və elmlə maraqlananlar ola bilərlər. Məruzəçilərin orta yaşı 18 - 30 arasında dəyişir. Elmi döyüşün qalibi şəs-küyü (alqışların səsini) ölçə bilən cihaz vasitəsi ilə təyin edilir. Son zamanlar qaliblərə – bir cüt boks əlcəyi təqdim edilir.Gənclər arasında ilk elm döyüşü 2010 ildə Berlində baş tutub, sonar isə Almanıyanın bir çox şəhərlərində təkrarlanaraq həyata keçirilib.2017-ci ilin əvvəlinə “Science Slam” onlarla ölkələrdə tətbiq olunur.  Bu ölkələr arasında Azərbaycan altıncıdır. Elm-təhsil müəsisələri içərisində bu layhiyəyə ilk imza atan UNEC oldu. UNEC-də 4.05.17 ci ildə təşkil edilən bu elm yarışmasını universitetin rəhbərliyi, müəllim-professor heyəti və tələbələrlə yanaşı, Təhsil Nazirliyinin və Elmin İnkişaf Fondunun rəsmiləri, millət vəkilləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tələbələrin təqdim etdikləri elmi məruzələrin spektri çox geniş olmuşdur: azad iqtisadi zonalar, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, antimaddə, RSA şifrələmə sistemi və digər mövzular. Tələbələrimizin elmi məruzələrinin təqdimatları və səviyyələri göstərdi ki, onlar qarşıya qoyulan məqsədə doğru uğurla irəliləyə bilirlər. Dəqiq elm nümayəndəsi kimi “antimaddə” və “RSA şifrələmə sistemi” və digər mövzularla bağlı məruzələr məni çox sevindirdi. Hiss etdim ki, gənclərimiz istənilən problemlərin lap dərinliyinə girmək qabiliyətinə malikdirlər.İnanıram ki, həm TEDx söhbətləri, həm də Science Salam yarışmaları ölkəmizin elmi mühitini canlandıracaq, gəncləri elmə həvəsləndirəcəkdir. Hesab edirəm ki, Science Slam  talantlı gəncliyi elmə tərəf yönəldəcəkdir. Onlar ölkəmizdə qalaraq elmə öz töhfələrini verəcəklər. Mən bu elm yarışmasının bütün iştirakçılarını təbrik edirəm. Birinci üç yeri tutan Aysel Abbasbəylini, Məmməd Məmmədli və Nərmin Heydərovanı bir daha təbrik edirəm.Mənim düşüncəmə görə dünyanın arzu etdiyi kamillk bir kəsir xəttinə bərabərdir. Bu kəsir xəttinin sürətində ictimai mənafe, məxrəcində isə şəxsi mənafe durur. Sürət nə qədər böyük  olarsa, kəsrin qiyməti (kamillik) də çox olar. Məxrəc nə qədər çox olarsa kəsrin qiyməti də bir o qədər az olar. UNEC-də ictimai mənafe şəxsi mənafedən üstün tutulur. Uğurların kökü də burdadır. Arzu edirəm UNEC-dən paylanan bu işıq butün təhsil sisteminə yayılsın.
Sonda UNEC-in rektoru  prof. Ədalət Muradova TEDx və Science Slamı ölkəmizə gətirdiyi və ölkənin intellektual kəsiminin maraqlarını təmin etdiyi üçün uğurlar diləyirəm və Allahdan kömək arzulayıram.
 

əməkdar elm xadimi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay