A

modern.az

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) son illər təhsil sahəsində etdiyi yeniliklərə görə digər ali məktəbləri geridə qoymağa başlayıb. UNEC təhsil keyfiyyətinin artırılması, tədrisin düzgün idarə olunması istiqamətində ciddi addımlar atır, dünyanın bir çox ölkələrində Azərbaycanı layiqincə təmsil edir. Bu ali təhsil ocağının son vaxtlar önəmli tədbirlərə ev sahibliyi etməsi də xüsusi vurğulanmalıdır.Milli Məclisin deputatları da UNEC-in son illərdəki fəaliyyətini yüksək qiymətləndirilər.

Deputat Tahir Mirkişili Modern.az-a son illər təhsil sahəsində xeyli islahatların aparıldığını deyib.“Təbii ki, bu islahatlar ali təhsildən də yan keçmir. Çünki ali təhsildə olan islahat təhsilin keyfiyyəti, bütövlükdə ölkənin iqtisadiyyatı üçün çox vacib bir elementdir. Ali təhsil ocaqlarından məzun olan tələbələr bizim istehsalatda, iqtisadiyyatımızın bir çox sahələrində çalışır. Ona görə təhsilin, tədrisin düzgün idarə olunması, onun keyfiyyətinin yüksəldilməsi və bununla bağlı innovativ metodların tətbiq olunması çox vacibdir. Sevindirici haldır ki, bu dediyim məsələlərin bariz nümunəsini Azərbaycan Dövlət İqtisad Universitetində görmək mümkündür. Universitet son illərdə həm təhsilin idarə olunmasında, həm təhsilin keyfiyyətinin yüksəldilməsində müstəsna rol oynayır. Universitet yalnız ölkə daxilində deyil, ölkə xaricində də əlaqələrini inkişaf etdirir.Burada iqtisadiyyatın digər strukturları ilə əlaqələrin qurulması istiqamətində xeyli işlər görülüb. Təbii ki, İqtisad Universitetində inkişafa doğru atılacaq addımlar hələ olacaq. Əminəm ki, görülən işlər həm tələbələrin bu cür maraqla islahatları qəbul etməsi, həm müəllim heyətinin yeni tədris metodlarının tətbiqi ilə bağlı innovativ metodlardan istifadəsi İqtisad Universitetinin yaxın illərdə Azərbaycanın qarşısına qoyduğu məqsədə çatmasında əvəzsiz rol oynayacaq”.

Millət vəkili Vahid Əhmədov Ədalət Muradovun UNEC-ə rektor təyin olunmasının universitetin inkişafına səbəb olduğunu deyib.“İqtisad Universitetinin rektoru Ədalət Muradov çox qabaqcıl ziyalılardan biridir, alimdir. Bu ali təhsil ocağı Ədalət Muradovun təyinindən sonra sürətli inkişaf yolunda addımlayır. Universitet yalnız yerli deyil, xarici təşkilatlarla da əlaqələrini genişləndirir. Bu yaxınlarda Nobel mükafatı laureatı Aziz Sancarın UNEC-ə gəlməsi mühüm hadisələrdən biri idi. İqtisad Universiteti ölkədə savadlı kadrların yetişməsində müstəsna rol oynayır. Onun məzunları yalnız Azərbaycanda deyil, eyni zamanda ölkə xaricində nailiyyətlərə imza atır, Azərbaycanın adını yüksəldir. Bu universitet Azərbaycanın dünyaya tanıdılması istiqamətində xeyli fəallaşıb. Tələbələrin təhsilə yüksək səviyyədə sahiblənməsi üçün yeni vasitələrdən istifadə edilir, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi edilir. Bütün bunlar ölkənin daim inkişafına səbəb olan addımlardır. Universitetin məzunu olan tələbələr Azərbaycan iqtisadiyyatının inkişaf etməsində öz töhfələrini verir”.

Qafar Ağayev

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR