A

AZƏRTAC

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində oktyabrın 10-da Azərbaycan Dövlət İqtisad Universitetində “Gənclər və vətəndaş cəmiyyəti” mövzusunda “dəyirmi masa” keçirib.

AZƏRTAC xəbər verir ki, MQF-nin prezidenti Rauf Zeyni tədbirdə “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət” mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı milli, bəşəri və mütərəqqi siyasətin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Ölkə Prezidentinin gənclərin inkişafı barədə Sərəncamı ilə bir neçə dövlət proqramı yüksək səviyyədə icra edilib və bu fəaliyyət bu gün də davam edir. Rauf Zeyni ölkəmizdən kənarda təhsil alan gənclərimizdən və onların xarici ali təhsil ocaqlarında, beynəlxalq elm mərkəzlərində əhəmiyyətli elmi kəşflərindən və əldə olunan nailiyyətlərdən danışıb.

Azərbaycan Dövlət İqtısad Universiteti rektorunun tələbə təşəbbüsləri üzrə köməkçisi Ramil Cabbarov universitetin vətəndaş cəmiyyətinin inkişafına önəm verdiyini bildirib və vətəndaş cəmiyyətinin formalaşmasında görülən işlər, yaradılan beş tələbə təşkilatı, yeni layihələr, startup proqramlar və digər yeniliklər barədə məlumat verib.

MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Azərbaycanda aparılan uğurlu siyasət sayəsində gənclərin inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib. O, gənclərlə bağlı bir sıra strateji proqramların uğurla həyata keçirildiyini və bunun nəticəsində 3 mindən çox gəncimizin dövlət proqramı əsasında xarici universitetlərdə təhsil aldığını diqqətə çatdırıb.

Daha sonra tələbələrdən TEC üzvü Asiman Zeynalov, SUES sədri İlkin Mirzəzadə və Ülvin Heydərov çıxış edərək təkliflərini bildiriblər.

Tədbirdə mövzu ətrafında maraqlı müzakirələr aparılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR