A

unec (8)azpolitika.info

Son illər Azərbaycan Dövlət İqtisad Universitetində – UNEC-də həm tədrisin, həm də professor-müəllim heyətinin elmi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addılmlar atılmaqdadır. Professor Ədalət Muradov İqtisad Universitetinə rektor təyin olunduqdan sonra UNEC-in dünyada tanınan, yüksək reytinqli ali təhsil ocaqlarından birinə çevrilməsini təmin etmək üçün müxtəlif istiqamətdə geniş miqyaslı layihələr, proqramlar həyata keçirilməkdədir.
Eyni zamanda professor-müəllim heyətinin elmi potensialından daha səmərəli istifadə etmək, ölkəmizdə dövlət tərəfindən realaşdırılan proqramlara UNEC-in alimlərinin də öz töhvələrini verməsini təmin etmək üçün universitetdə vaxtaşırı beynəlxalq və respublika miqyaslı konfranslar, elmi seminarlar təşkil olunur.
Belə elmi seminarların keçirilməsində UNEC-in İqtisadiyyat fakültəsi də fəallıq göstərir. Fakültədə keçirilən elmi seminarlarda ölkə iqtisadiyyatının aktual problemləri müzakirə olunur, alimlərin fikirləri, məsələyə baxışları öyrənilir.
Bu da həm iqtisadi sahədə həyata keçirilən proqramların təkmilləşdirilməsi, həm də alimlərin biliklərinin daha da zənginləşdirilməsi baxımından əhəmiyyətlidir. 

Копия foto 01İqtisadiyyat Fakultəsi Elmi Seminarının katibi, iqtisad üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfovada “AzPolitika.info”ya açıqlamasında elmi seminarların bir çox baxımdan əhəmiyyətli olduğunu vurgulayıb.
Kəmalə Nəcəfovanın sözlərinə görə, İqtisadiyyat fakültəsində elmi seminarların maraqlı müzakirələr şəraitində keçməsinə çox böyük əhəmiyyət verilir: “Ölkənin inkişafında təhsilin və elmi nailiyyətlərin rolu əvəzedilməzdir. Bu da ali təhsil müəssisələrində elmi araşdırmalara, professor-müəllim heyətinin elmi fəaliyyətinin keyfiyyətinə olan tələblərin yüksəldilməsini zəruri edir. Elmi seminarlarda günümüzün aktual iqtisadi problemlərinin müzakirələrə çıxarılması həm də müəllimlərimizi öz üzərlərində daha çox işləməyə, iqtisadi problemləri daha dərindən öyrənməyə sövq edir”.

Kəmalə Nəcəfova daha sonra qeyd etdi ki, UNEC-də professor-müəllim heyətinin elmi potensialından tam səmərəli istifadə etmək üçün müxtəlif istiqamətlərdə işlər həyata keçrilir: “Bir tərəfdən elmi-tədqiqat işlərinə olan tələblər artırılıb. Elmi-tədqiqatların ölkəmizdəki müasir iqtisadi problemlərə həsr olunmasına xüsusi diqqət yetirilir. Digər tərəfdən isə elmi seminarlar vasitəsilə professor-müəllim heyəti günümüzün aktual problemlərinin müzakirəsinə cəlb olunur. Bu baxımdan fakültələrdə elmi seminarların vaxtaşırı təşkil olunması böyük əhəmiyyət daşıyır. İqtisadiyyat fakültəsində də mütəmadi olaraq hər ay elmi seminar keçirilir. 

asiman1805İqtisadiyyat Fakultəsi Elmi Seminarının rəhbəri, fakültənin dekanı, dosent Asiman Quliyev bu seminarların işgüzar şəraitdə keçməsinə, müzakirəyə çıxarılan mövzuların müasir problemlərə həsr olunmasına, fakültənin tərkibinə daxil olan bütün kafedraların əməkdaşlarının, xüsusən də professorların seminarlarda fəal iştirakına ciddi önəm verir. Biz də bunu təmin etməyə çalışırıq”.

Kəmalə Nəcəfova qeyd etdi ki, elmi seminarlarda ölkəmiz üçün əhəmiyyətli məsələlər müzakirəyə çıxarılır: “Fakültəmizdə keçirilən elmi seminarda innovasiyanın iqtisadi artıma, eləcə də ölkələnin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə təsiri, insan kapitalına yatırılan investisiyaların səmərəliliyinin artırılması istiqamətləri, müasir dövrdə iqtisad elminin problemləri, onların həlli, iqtisadi qanunlar və bu qanunların sosial iqtisadi effektivliyi, sənayenin, kənd təsərrüfatının inkişafını yolları kimi mövzular müzakirə olunur. Qoyulan məsələlərlə bağlı fakültəmizin qabaqcıl professor-müəllim heyəti və gənc tədqiqatçılar tərəfindən təkliflər, yeni fikirlər irəli sürülür”

Zahid-m111-Kəmalə Nəcəfovanın sözlərinə görə, elmi seminarlarda müzakirələr zamanı verilən təkliflərə də diqqətlə yanaşılır: “UNEC-in Eım Şöbəsinin rəhbəri, professor Zahid Məmmədov bütün elmi seminarlarda şəxsən iştirak edir. Elmi seminarlarda professor-müəllim heyətinin irəli sürdüyü təkliflər, yeni ideyalar fakültə dekanı,  dosent A.Quliyev və Elm Şöbəsinin rəhbəri, professor Z. Məmmədov tərəfindən universitetin rəhbərliyinə çatdırılır.  Təbii ki, universitetin rəhbərliyi də bu təkliflərdən istifadə edilməsi üçün müvafiq addımları atır. Fikrimcə, belə elmi seminarların keçirilməsi universitetimizdə təhsil səviyyəsinin, elmi tədqiqat işlərinin keyfiyyətinin daha da yüksəlməsinə şərait yaradacaq.”

Kəmalə Nəcəfova yanvarın 26-da İqtisadiyyat fakültəsində növbəti elmi seminarın keçiriləcəyini bildirdi: “Növbəti seminar “Azərbaycan respublikasında aqrobiznesin forması, vəziyyəti və onun inkişafının prioritet istiqamətləri” mövzusuna həsr olunub. Bu seminarın da işgüzar müzakirələr şəraitində keçəcəyinə şübhə etmirəm. Arzulayan hər kəsi seminarda iştiraka dəvət edirəm.”

Elman
AzPolitika.info

 

 
 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay