A

Real TV

“AccesBank”ın layihəsində 20 tələbə iştirak edib

UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin tələbələrinə 8 həftə ərzində IELTS mütəxəssislərinin təqdimatı ilə ingilis dilinin biznes istiqaməti tədris olunub. "AccessBank"ın təşkilati dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində tələbələr həmçinin AccessBank-da təcrübə keçmək imkanı qazanıb və bankın mütəxəssisləri tələbələr üçün təqdimat keçirib.

Alberxt Sabelus, “AccesBank”ın İdarə Heyətinin sədr müavini: “Tələbələrin inkişafına töhfəmizi verməkdən şadıq. Bu universitet bank və maliyyə sahələrində mütəxəssislər yetişdirir. zamanın tələbi olan ingilis dilinə və onun biznes istiqamətinə yiyələnmək şərtdir. Ümid edirəm ki, bu tələbələr gələcəkdə ingilis dilini təkmilləşdirəcəklər. Çünki bu peşəkar və şəxsi inkişaf üçün vacibdir. Həmçinin biz bu layihədə accsses bank olaraq öz imkanlarımızı təqdim etdik”.

Tədbirdə çıxış edənlər bankla UNEC arasında mövcud olan əməkdaşlığın bu il daha da inkişaf etdirildiyini, uğurlu layihələr həyata keçirildiyini, gələckdə də bu istiqamətdə layihələr həyata keçirəcəklərini bildiriblər. Həmçinin bu tələbələrə 3 həftə “AccesBank”da təcrübə imkanı yaradıldığı da qeyd olunub.

Daha sonra seminarı müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim olunub. Kursun ən fəal iştirakçılar isə bank tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR