"Biznes və Həyat" jurnalı, № 21

“Nə istədiyini yaxşı bilən UNEC yaxın zamanlarda dünya səviyyəli universitet olacaq. Mən UNEC-də gələcəyin Nobel mükafatçılarını gördüm”

Aziz Sancar, Nobel mükafatçısı

Sahibkarlıq universiteti modelini inkişaf etdirmәyi hәdәflәyәn UNEC iş dünyası ilә uğurlu strateji әmәkdaşlıq qurub. Azәrbaycanda ilk dәfә olaraq hәyata keçirilәn vә böyük rezonans doğuran “UNEC2B” platforması çәrçivәsindә tәdrisin әmәk bazarının tәlәbәlәrinә uyğunlaşdırılması, sahibkarlıq universiteti modelinin yaradılması vә UNEC mәzunlarının işlә tәmin olunmasında birgә fәaliyyәt tәmin edilәcәk.

“UNEC2B” Platformasının әsas istiqamәtlәri:

- UNEC mәzunlarını işә götürdüyü halda 3 il әrzindә işәgötürәnlәrin sifarişi әsasında “servis xidmәti”, yәni onlar üçün UNEC tәrәfindәn ödәnişsiz ixtisasartırma kursları tәşkil edilir;

- İşә qәbulla bağlı müsahibә zamanı UNEC tәlәbәlәrinin zәif cәhәtlәrini bildirdiklәri tәqdirdә, mәzun olana qәdәr hәmin tәlәbәlәrin hәmin zәifliyinin aradan qaldırılması üçün işәgötürәnin verdiyi proqram әsasında UNEC tәrәfindәn pulsuz kurs tәşkil edilir;

- İşәgötürәnlәrin tәklifi әsasında müxtәlif ixtisasları tәmsil edәn tәlәbәlәrdәn ibarәt komanda şәklindә mütәxәssis hazırlığı hәyata keçirilir;

- UNEC mәzunlarını işә götürmәk istәdiklәri halda işәgötürәnlәrә yardım etmәk üçün onların bilik vә bacarıqlarını diaqnostika etmәk mәqsәdilә beynәlxalq praktikada qәbul edilmiş UNEC Neyrolinqvistik Test Laboratoriyası yaradılır vә onun xidmәti tәşkil edilir;

- Yerli sahibkarların istehsal etdiyi mәhsulların ixracının tәşviqi vә dünya bazarında online marketinq araşdırmasının aparılması mәqsәdilә UNEC Digital Marketinq Mәrkәzinin xidmәtlәri tәklif edilir;

- UNEC mәzunlarının iş vә işәgötürәnlәrin tәlәb olunan peşәkarları tapmasına yardım etmәk mәqsәdilә daimi әsasda fәaliyyәt göstәrәn job.unec.edu.az virtual әmәk birjası tәşkil edilir;

-“UNEC2B” Koordinasiya Şurası yaradılır. Şuraya Azәrbaycan Dövlәt İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi, Azәrbaycan Respublikası Sahibkarlar (İşәgötürәnlәr) Tәşkilatları Milli Konfederasiyası (ASK), Azәrbaycanda Amerika Ticarәt Palatası (AmCham), Azәrbaycan Türkiyә İş Adamları Birliyi (ATİB), Auditorlar Palatası vә Bank Tәdris Mәrkәzi daxil edilir. Şuraya ilk sәdrlik UNEC-in rektoruna hәvalә edilir vә rotasiya әsasında hәr il dәyişdirilir;

-İstәdiklәri halda işәgötürәnlәrin universitet vә fakültә rәhbәrliyindә tәmsil olunmasına şәrait yaradılır.

 

“UNEC yalnız Azərbaycanın deyil, regionun iqtisadiyyat sahəsində kadr hazırlığı həyata keçirən ən böyük ali təhsil müəssisəsidir”

Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili

 Ölkәnin ali tәhsil mәkanında ilk dәfә olaraq Azәrbaycan Dövlәt İqtisad Universiteti öz brendini yaradaraq, UNEC (University of Economy) brendi altında respublika ali tәhsil mәkanında bir çox uğurlu layihәlәrә imza ataraq, yeni iqtisadi tәhsil modeli qurub.

Ölkәnin dörd dildә tәhsil verәn yeganә ali tәhsil müәssisәsi olan UNEC-dә Beynәlxalq İqtisadiyyat Mәktәbi (ingilis dilindә), Rus İqtisad Mәktәbi (rus dilindә), Beynәlxalq Magistratura vә Doktorantura Mәrkәzinin (Azәrbaycan, ingilis, rus vә türk dillәrin- dә) yaradılması, eyni zamanda Fransanın Monpelye Universiteti, Litvanın Mikolos Romeris, İsveçrәnin Biznes vә Beynәlxalq Tәdqiqatlar Universiteti ilә ikili diplom proqramlarının hәyata keçirilmәsi bu universitetin sürәtlә beynәlmilәllәşmәsinә geniş imkanlar açıb.

Azәrbaycanın xaricdә filialı olan yeganә ali tәhsil müәssisәsi – UNEC, eyni zamanda MDB mәkanında da filialı olan yeganә universitetdir. UNEC-in Rusiya Federasiyasının Dağıstan Respublikasındakı filialına rәsmi lisenziya verilmәsi universitetin son dörd ildә әldә etdiyi mühüm nailiyyәtlәrdәn biri olmaqla yanaşı, UNEC-in ali tәhsilin transmillilәşmәsi prosesinә dә qoşulduğunun mühüm göstәricisidir.

 

“Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubu Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək”

Olqa Vasilyeva, Rusiya Federasiyasının təhsil və elm naziri

 UNEC-in dünyanın nüfuzlu ali tәhsil müәssisәlәri arasında layiqli yer tutması bu ali tәhsil ocağının beynәlmilәllәşmәsi istiqamәtindә atılan mühüm addımlardan biridir. Bunun nәticәsidir ki, UNEC son 4 ildә nüfuzlu beynәlxalq reytinqlәrdә dünyanın aparıcı universitetlәri ilә bir sırada yer alıb. QS Reytinq Agentliyinin “QS İnkişaf Etmәkdә olan Avropa vә Mәrkәzi Asiya” regionu üzrә reytinq cәdvәlindә UNEC 3 il ardıcıl olaraq iqtisadyönümlu universitetlәr arasında regionun 4-cü әn yaxşı universiteti statusunu qoruyub saxlayıb. İxtisaslaşmış Azәrbaycan univer- sitetlәri arasında isә UNEC liderdir.

UNEC dünya universitetlәrinin veb populyarlığını müәyyәn edәn uniRank reytinqindә dә uğura imza atıb. Reytinq qiymәtlәndirmәsinә görә, UNEC internet resursları üzrә ölkәnin әn yaxşı vә әn populyar ali mәktәbi seçilәrәk 1-ci olub.

Ali tәhsil müәssisәlәrinin әn nüfuzlu reytinqlәrindәn olan “Webometrics”in nәticәlәrinә görә, UNEC iki il ardıcıl olaraq Azәrbaycan universitetlәri üzrә birinci olub.

Qlobal çağırışlara operativ cavab verәn UNEC “Ekoloji cәhәtdәn әn tәmiz” universitet adını da qazanıb. Belә ki, UNEC “UI Green Metric World University” reytinq cәdvәlindә yer alaraq, dünyanın әn “yaşıl” 619 universiteti sırasına daxil edilib.

 

“UNEC-dəki fəaliyyətimi həyatımda çox önəmli mərhələ hesab edirəm”

Bülent Aybar, amerikalı iqtisadçı alim, professor

UNEC-dә kadr potensialının güclәndirilmәsi vә bu istiqamәtdә beynәlxalq tәcrübәdәn istifadә olunması sahәsindә dә ciddi irәlilәyiş var. Belә ki, Avropa Komissiyasının maliyyәlәşdirdiyi “Erasmus+” vә DAAD qrant layihәlәri çәrçivәsindә Avropa universitetlәri, Türkiyә Respublikasının maliyyәlәşdirdiyi “Mevlana” proqramı üzrә isә ümumilikdә 60-dan çox ali tәhsil müәssisәsi ilә tәlәbә vә müәllim mübadilәsi hәyata keçirilir. Son dörd ildә UNEC-dә tәqdim olunan beynәlxalq mübadilә proqramlarında iştirak edәn tәlәbә vә müәllimlәrin sayı 6 dәfәdәn çox artıb. Eyni zamanda dünyanın müxtәlif ölkәlәrinin nüfuzlu professorları UNEC-dә tәdrisә cәlb olunub.

 

“UNEC dünya elm məkanına uğurla inteqrasiya edir”

Oleq Utkin, “Clarivate Analytics” təşkilatının Rusiya və MDB ölkələri üzrə icraçı direktoru

Dünya sәviyyәli universitet olmağı qarşısına mәqsәd qoyan UNEC Azәrbaycan ali tәhsil mәkanında daha bir ilkә imza ataraq, professor- müәllim heyәtinin xidmәti fәaliyyәtini obyektiv kriteriyalar әsasında qiymәtlәndirәn Differensial Əmәk Haqqı Sistemini tәtbiq edib. ABŞ, Avropa, Türkiyә vә dünyanın digәr aparıcı ölkәlәrinin tәcrübәsinә әsaslanan vә UNEC-in әqli mülkiyyәti olan sistem universitetin pedaqoji heyәtinin illik xidmәti fәaliyyәtini elm, tәdris vә özünüinkişaf istiqamәtlәri üzrә 100-dәn çox göstәrici әsasında qiymәtlәndirir.

Differensial Əmәk Haqqı Sistemi UNEC-in professor-müәllim heyәtini stimullaşdırmaq vә onlar arasında sağlam rәqabәt mühiti yaratmaqla, elmi tәdqiqat fәaliyyәtindә aktivliyi nәzәrәçarpacaq dәrәcәdә artırıb. Belә ki, UNEC-in pedaqoji heyәtinin elmi nәşrlәrinin sayı son üç ildә 2,5 dәfә, xaricdә çap olunan mәqalәlәrinin sayı isә 3,6 dәfә artıb.

 

“İnklüziv təhsildə UNEC modelinin uğurlu olacağına əminəm”

Necdet Öztürk, Dünya Əngəllilər Vəqfinin vitse-prezidenti

İnklüziv tәhsil mühiti yaratmaq UNEC-in prioritetlәri arasındadır. Diqqәtә ehtiyac duyan, hәr kәs kimi keyfiyyәtli tәhsil almağa haqqı olan fiziki mәhdudiyyәtli gәnclәrin doğma Vәtәnimizin uğurlu gәlәcәyi naminә savadlı Azәrbaycan gәnci adına sahib olmaq, birgә elm vә tәhsil zirvәlәrinin fәth olunması istiqamәtindә UNEC hәr cür dәstәk göstәrir. Bu mәqsәdlә 2015-ci ildә universitetdә әlilliyi olan tәlәbәlәr üçün mәrkәz fәaliyyәtә başlayıb. Mәrkәz tәlәbәlәrin tәhsilinin koordinasiyasını hәyata keçirmәklә, onların tәdrisinin tәşkili, psixoloji dәstәk, kitabxanadan vә digәr infrastrukturdan sәmәrәli istifadәyә dәstәk verir. Eyni zamanda UNEC fiziki mәhdudiyyәtli tәlәbәlәrә beynәlxalq tәqaüdlәr hesabına mübadilә proqramlarından faydalanmaq imkanı da yaradıb.

 İnklüziv tәhsil sahәsindә Azәrbaycanda ilk dәfә olaraq UNEC ilә Moskva Dövlәt Humanitar İqtisad Universiteti arasında inklüziv ali tәhsildә bakalavr pillәsi üzrә ikili diplom razılaşması imzalanıb. Bu sahәdә dә dünyanın qabaqcıl universitetlәrinin tәcrübәsindәn faydalanan UNEC, inklüziv tәhsil sahәsindә dünyanın әn yaxşı universitetlәri ilә bir sırada dayanmağa iddialıdır.

 

“UNEC-lə əməkdaşlığa xüsusi önəm veririk”

Haluk Özen, Türkiyənin Hacettepe Universitetinin rektoru, professor

Azәrbaycanda ilk dәfә olaraq, UNEC-dә vahid elektron idarәetmә platforması olan Elektron Universitet Modeli tәtbiq edilmәklә tәdris prosesi tam elektronlaşdırılıb. Sistemә tәlәbә, müәllim vә mәzun bazası haqqında mәlumat, dәrs cәdvәllәri, fәnn üzrә qruplar, fәnlәrin tәqvim-tematik planları, fәrdi tәdris proqramları daxil edilib, müәllim vә tәlәbәlәrin şәxsi kabineti, imtahan sistemi bölmәlәri yaradılıb. Auditoriyalarda elektron tribunalar quraşdırılıb, kağız üzәrindә jurnal elektron jurnalla әvәz edilib. Proqram müәllimә bütün mühazirә vә sillabuslarını öncәdәn şәxsi kabinetindә yerlәşdirmәk imkanı yaradır. UNEC-in tәdris prosesinә uyğun hazırlanan sistem tәhsilin keyfiyyәtinin yüksәldilmәsinә birbaşa tәsir edir.

Elektron Universitet Modelinin tәrkib hissәsi olan “Elektron sәnәd dövriyyәsi”nә keçidlә bağlı isә UNEC-dә kağızdan istifadә minimuma endirilib.

 

“UNEC-in islahat təcrübəsi uğur modelidir. Bu universitetin nailiyyətlərini yaxından izləyirəm və UNEC-də tətbiq edilən yenilikləri ali təhsil səviyyəsində mütərəqqi addım hesab edirəm”

İqor Anatoleviç Maksimtsev, Sankt-Peterburq  Dövlət İqtisad Universitetinin rektoru, professor

Dünyanın nüfuzlu universitetlәri ilә yanaşı dayanmaq iddiasında olan UNEC qarşısına qoyduğu mәqsәdә doğru inamla irәlilәyir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay