A

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun "Vergilər" qəzetində ölkənin vergi sisteminin bugünü və gələcək perspektivləri haqqında məqaləsi dərc edilmişdir.

"Vergilər" qəzeti

11 fevral – vergi xidməti işçilərinin peşə bayramı günüdür.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin ana fəlsəfəsini vergi orqanlarının əsas funksiyalarını fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət göstərilməsinə keçmək prinsipləri təşkil edir. Son vaxtlar bu istiqamətdə mühüm addımlar atılır, ictimai qurumlar, qeyri-hökumət təşkilatları ilə fərqli mövzularda çoxsaylı görüşlər təşkil edilir. Düşünürəm ki, bu cür görüşlərə ictimaiyyət də hazırlıqlı olmalıdır. Vergi sistemi ilə bağlı irəli sürülən hər bir təklif çox ciddi tədqiqatlara, təhlillərə əsaslanmalıdır. Xüsusilə böyük şirkətlərin belə tədqiqatlar aparması üçün həm kadr potensialı cəhətdən, həm də iqtisadi resurslar baxımından böyük imkanları var.

Vergi orqanları ictimaiyyəti narahat edən hər hansı məsələyə açıq münasibət bildirirsə, qarşı tərəfin irəli sürdüyü təkliflər də ciddi tədqiqatların nəticələrinə əsaslanmalıdır. Bu baxımdan, düşünürəm ki, ictimai təşkilatlarla əməkdaşlıq həm vergi orqanlarında, həm də vergi ödəyicilərində şəffaflığın və dürüstlüyün təmin olunmasına böyük təkan verə bilər. Bu cür əməkdaşlıq vergi siyasətinin və mədəniyyətinin formalaşmasında əsas məsələlərdən biridir. Hesab edirəm ki, vergi orqanlarının ictimai təşkilatlarla birgə əməkdaşlıq üçün yaratdığı şəraitdən düzgün istifadə edilməlidir ki, şəffaflıq və dürüstlük maksimum dərəcədə təmin olunsun.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay