A

"Səs" qəzeti

"Səs" qəzetinin redaksiyasında ali təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev çıxış edib:

- Bu günlərin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi, ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə imzaladığı sərəncamlar oldu. Həmin sənədlər təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Bu artım gənclərin yüksək təhsil almalarında növbəti stimuldur. Düşünürəm ki, bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək.

Ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə imzalanmış Sərəncama əsasən, təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə, 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək. Bütövlükdə, təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək. Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan tələbat artacaq. Cənab Prezidentin imzaladığı iki Sərəncam və bir Fərmanı sosial-iqtisadi baxımdan önəmlidir. Əminəm ki, gələcəyimiz sayılan gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi yetişəcək, eyni zamanda, elm arxasınca gedənlərin sayı daha da artacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay