A

modern.az

Eks maliyyə naziri, UNEC-in "Maliyyə və maliyyə institutları" kafedrasının müdiri, professor Əvəz Ələkbərov Modern.az-ın təhsillə bağlı suallarını cavablandırıb.

 

- Əvəz müəllim, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin bir illik fəaliyyəti barədə mətbuatda müxtəlif fikirlər dolaşır. Bununla bağlı sizin münasibətinizi öyrənmək istəyirik.

- Respublikamızın təhsil naziri Ceyhun Bayramov olduqca savadlı, bacarıqlı, təvazökar və yenilikçi bir insandır. Mən təhsil sferasında çox saylı insanlar tanıyıram, nazir müavinləri, rektorlar, məktəb direktorları, müəllimlər və digər işçilər. Onlardan təhsilin idarə olunmasına, gənclərin sağlam ruhda böyüməsinə, valideyin –müəllim, müəllim –tələbə münasibətlərinə olan fikirlərini daim soruşuram. Birmənalı olaraq deyə bilərəm ki, təhsildə gedən proseslər pozitivdir, ürəkaçandır, yeniliyə köklənib və bunu Azərbaycan cəmiyyəti hiss edir.

Məşhur qədim yunan filosofu Platonun bir sözü var: “Tərbiyə yaxşı vərdişlərin mənimsənilməsi deməkdir”, ona görə də böyük məmnuniyyət hissi ilə deyə bilərik ki, son bir ildə təhsil sahəsində nəinki yaxşı vərdişlər mənimsənilib, həm də çoxlu yeniliklər, dünyada baş verən qabaqcıl ideyalar Azərbaycan Respublikasında öz inteqrasiya prosesini tapıb.

 

- Dünya təhsil sisteminə inteqrasiya olmadan onun mütərəqqi inkişaf istiqamətlərindən danışmaq çox çətindir. Bu baxımdan son illərdə ali təhsil sistemində bu sahədə hansı dəyişikləri göstərə bilərsiniz?

- Tamamilə doğru buyurursuz. Almaniyanı inkişaf etdirməkdə əvəzsiz rolu olan kansler Otto Bismarkın kəlamı: ”Ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir”.  Təhsil, o cümlədən, ali təhsil XXI əsrdə qlobal hadisədir. Dünya təcrübəsi, beynəlxalq inteqrasiya olmadan bu sahədə uğur, keyfiyyət əldə etmək mümkünsüzdür. Bu baxımdan artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin xətti ilə bu sahədə xeyli uğurlara imza atılıb. İşin düzgün qurulması, strateji hədəflərin dəqiq müəyyən edilərək icra olunması günümüzün reallıqlarındandır. Əldə edilmiş praktik nəticələri, işlərinə bələd olduğum Azərbaycanın bir sıra qabaqcıl universitrtlərinin timsalında göstərmək istərdim. Belə ki, indi ölkəmizin qabaqcıl universitetləri beynəlxalq əməkdaşlıq sahəsində də tələbələrə böyük imkanlar vəd edir. Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə  universitetləri ilə “Mevlana” mübadilə proqramlarından tələbələrimiz maksimum yararlanmaq imkanına sahibdirlər. Mübadilədə iştirak edən tələbələrin xərcləri proqram tərəfindən qarşılanır.

Avropanın iqtisadyönümlü ən nüfuzlu ali təhsil ocağı olan London Universiteti London İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində həmin universitetin diplomunu universitetlərimizdə əldə etmək mümkündür. Fransanın Monpelye Universiteti ilə həyata keçirilən ikili diplom proqramına uyğun olaraq tələbələrimiz dörd illik təhsilin bir ilini Fransada alaraq, həm Azərbaycan Dövlət İqtisad Universitetnin, həm də Monpelye Universitetinin diplomumu əldə edə bilirlər. Bundan başqa Litvanın Mykolas Romeres Universiteti ilə də ikili diplom proqramı da mövcuddur. ABŞ-nın nüfuzlu ali təhsil müəssisəsi olan Linkoln Universiteti ilə də ikili diplom proqramına dair razılıq əldə olunmuşdur və tələbələrimiz bu proqramdan da yararlana bilənəcəklər.

Beynəlxalq təcrübədən yararlanmaqla, çox böyük səylə reallaşdırılan istiqamətlərdən biri də, dünyada artıq qərarlaşmış üçüncü nəsil universitetlərində olduğu kimi, təhsilin tədricən sifariş əsaslı kommersiyalaşması və tədqiqat universitetlərinə çevrilməsi prosesinin sürətləndirilməsidi. Bu sahədə də Təhsil nazirliyinin əldə etdiyi uğurlar danılmazdır. Belə təqdirəlayiq işləri çox sadalamaq olar.

 -Təhsil naziri  barədə nə deyə bilərsiniz?

- Ümummilli Lider Heydər Əliyev deyib: “Rəhbərlik etmək yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun”. Nazirin yüksək intelekti, milliliyi, işgüzarlığı, müasir idarəetməni dərindən bilməsi cəlbedicidir. Sözün düzü, onun fəaliyyəti  son illərdəki konkret işlərdə öz bariz əksini tapmaqdadır. Ölkəmizin ali təhsil sistemində dünya standartlarına uyğun qabaqçıl standartların mütəmadi tədbiqi, tədris keyfiyyətinin yüksəlməsi, elmlə praktikanın əlaqələndirilməsi sahəsindəki uğurlar birmənalı məhz son illər daha aktivləşmişdir. Məncə hələ çoxlu səmərəli işlər qabaqdadır. Bu işlərə bütün cəmiyyət üzvləri hamılıqla dəstək olmalıdırlar. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR