A

sia.az

UNEC-də gənc müəllimlərdə tədris bacarıqlarının formalaşdırılmasında böyük əhəmiyyətə malik olan məsələlərdən biri biliyin ötürülməsi prosesində istifadə olunan tədris metodlarıdır.

Təhsilverənlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eyni zamanda, professorların tədris və təlim texnologiyaları sahəsində öz biliklərini gənc müəllimlərə ötürülməsi məqsədilə 2018/2019-cu tədris ilinin yaz semestri ərzində UNEC professorların nümunəvi dərslərinin keçirilməsi ənənəsini davam etdirir. UNEC-dən SİA-ya bildirilib ki, müasir dövrün aktual problemlərinə həsr olunan nümunəvi dərslərin dinləyiciləri innovativ təlim texnologiyalarının tətbiqi ilə yanaşı, müvafiq dərsdə öyrənilən problemlə bağlı nəzəri bilik və praktik bacarıqlara da yiyələnəcəklər.

Belə nümunəvi dərslərdən Magistratura Mərkəzinin direktoru Qabil Manafovun “Marjinalizm və neoklassik istiqamət”, iqtisadiyyat kafedrasının professorları Elşad Məmmədovun “Reqionalnıy analiz ekonomiki Azerbaydjana” və Müslüm İbrahimovun “Mirovoye dvijeniye kapitala i TNK”, iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri Məhiş Əhmədovun “Dövlətin investisiya-innovasiya və struktur siyasəti”, nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri Ümüdvar Əliyevin “İstehsal amilləri bazarı”, beynəlxalq iqtisadiyyat kafedrasının müdiri İrşad Kərimovun “Dünyada nəqliyyat və kommunikasiya”, rəqəmsal iqtisadiyyat və İKT kafedrasının professoru Rəsul Balayevin “Windows Əməliyyat sistemi”, maliyyə və maliyyə institutları kafedrasının professoru Nizami Xudiyevin “Sığorta işinin təşkili” mövzusunda ustad dərslərini göstərmək olar. Dərslər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd etmək lazımdır ki, nümunəvi dərslər may ayının sonuna kimi davam edəcək.

İnanırıq ki, UNEC gələcək də belə uğurlu layihələrə imza atacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR