A

moderator.az

Gecə-gündüz vətənin müdafiəsində dayanan, onun sərhədlərini, təhlükəsizliyini, şərəf və toxunulmazlığını öz canı, qanı bahasına qoruyan orduya dəstək hər bir vətəndaşın müqəddəs borcudur. Bu mənada istər sənət adamlarının, istər siyasilərin, istərsə də digər kateqoriyalardan olan şəxslərin ön xətdə səfərləri, hərbçilərə dəstək xarakterli atdıqları addımlar olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun cəbhəyanı bölgələrə səfəri də hərbi ekspertlər, müharibə veteranlaır tərəfindən yüksək qiymətləndirilməkdədir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu kimi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi:

“Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə dəstək olmaq hər birimiz üçün müqəddəs vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin dəfələrlə dediyi kimi, Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, hər bir Azərbaycan vətəndaşının borcudur.

Möhtərəm prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Nəinki, orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Biz veteranlar da bu işin daha da geniş vüsət alması üçün əlimizdən gələni əsirgəmirik. Azərbaycan əsgərləri ilə bizi  sıx əlaqələr birləşdirir.

Bir neçə gün öncə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında  keçirilən Azərbaycan Ordusuna  mənəvi dəstək aksiyasına start verilməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor- müəllim və tələbələrin bir qrupunun hərbi libas geyinərək cəbhəboyu bölgələrə, ön xətt mövqelərinə səfərləri, fəxri döyüş növbələrində dayanmaları, əsgərlərlə bir yataqxanada gecələmələri, onlara mənəvi dəstək olmaları biz veteranları da hədsiz sevindirdi. Əsgər hiss edəndə ki, onu yada salan, ona arxa-dayaq olan, qayğıları ilə yaşayan, onun xidmətlərini yüksək qiymətləndirən arxa cəbhə varsa, deməli, ön səngərdə daha məğrur dayanacaq, ümidləri doğruldacaq, Vətən uğrunda, torpaq uğrunda canını, qanını belə əsirgəməyəcəkdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü əsil vətənpərvərlik təşəbbüsüdür və təqdirəlayiqdir. Biz veteranlar bu  təşəbbüsü ürəkdən alqışlayırıq və bu gündən UNEC-in təşkil etdiyi xeyirxah vətənpərvərlik aksiyasına qoşulduğumuzu bəyan edirik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinə səfərlərimizə bu gündən start verilir”.

Seymur ƏLİYEV

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR