A

ted.az

“İSE Start-up Club 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılıb. Klubu yaratmaqda əsas məqsədim innovativ ideyaları olan UNEC tələbələrinin bu ideyaları biznesə çevirməsi və bu istiqamətdə bilik və bacarıqlarının artırılması məqsədi ilə dəstəyin göstərilməsidir. Biz bu məqsədlə əsas hədəf qrupumuza təlimlər və seminarlar  keçirir, imkan daxilində texniki dəstək göstəririk. Ali təhsil ocaqları sahibkarlıq ekosisteminin önəmli tərəflərindən biri kimi bu sahədə bir sıra dövlət və özəl sektor təşkilatları ilə əməkdaşlıqlar edir”, - bunu TED.az-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin “İSE Start-up Club”nun rəhbəri Turan Süleymanov deyib.

Turan Süleymanov bildirib ki, Azərbaycanın startap sahəsində ən böyük layihələrindən biri olan  I2B-İdeyadan Biznesə proqramı ilə əməkadşlıq edirlər: “Yanvarın 21-dən “ISE Start-up Club”un təşkilatçılığı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “I2B – İdeyadan Biznesə” layihəsi ilə birgə startap müsabiqəsi keçirdik. Tədbirdə UNEC-in 36 tələbəsindən təşkil olunmuş komandalar 11 startap layihəsi təqdim etdi. Tələbələrin hazırlığı “ISE Start-up Club” tərəfindən aparılmışdı. Həmçinin  “I2B-İdeyadan Biznesə” layihəsinə mentor kimi qoşuldum. Layihə çərçivəsində regionlarda keçirilən  turlarda iştirak etdim və mentorluq xidməti göstərdim. Ən son “İ2B-İdeyadan Biznesə” çərçivəsində keçirilən “İnnocamp” innovasiya yay düşərgəsində iştirak etdik”.

T.Süleymanov İnnocamp çərçivəsində Azərbaycanda innovasiya və sahibkarlıq ekosisteminin inkişafı potensialları və iqtiqamətləri mövzusunda dəyirmi masalar təşkil olunduğunu da vurğuladı: “Bu dəyirmi masada moderator olaraq iştirak edirdim. Sevindirici haldır ki, bu dəyirmi masalarda ekosistemin ən önəmli maraqlı tərəfləri iştirak edirdi. Burada Nəqliyyat, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin müvafiq qurumları, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vergilər Nazirliyinin, Universitetlərin və özəl sketorun nümayəndələri də iştirak edirdi. Bu dəyirmi masalarda müxtəlif dövlət qurumları və özəl sektorun əməkdaşlıq istiqamətləri və potensialları barəsində fikir mübadiləsi aparıldı və təkliflər səsləndi. Müzakirələrin sonunda bir neçə təkliflər iştirakçılara təqdim olundu. Azerbaycanda sahibkarlıq ekosisteminin əsas maraqlı tərəflərindən biri də ali təhsil ocaqlarıdır. Ali təhsil ocağının nümayəndəsi kimi biz də innovasiya ekosisteminin inkisafı ilə bağlı fikirlərimizi bildirdik. Çox dəyərli fikirlərin səsləndirildiyi bu cür tədbirləri yüksək qiymətləndirəm və belə tədbirlərin davam etdirilməsini arzu edirəm”.

Zeynəb ƏKBƏR

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR