A

Millət vəkili Fazil Mustafa “UNEC ikili diplom sərgisi”ndə iştirak edib. Millət vəkili sərgi barədə təəssüratlarını bölüşüb:

“UNEC-də dünən "ikili diplom proqramları” sərgisində iştirak etdim. Açığını deyim ki, hər dəfə novator rektorun bu universitetdə maraqlı layihələri gerçəkləşdirdiyinə şahidlik edəndə düşünürəm ki, ayrı-ayrı şəxslərin fədakarlığı təhsil sistemimizdə çətinliklə də olsa bir çox şeyləri dəyişməyə qadirdir. Bu təşəbbüslər yekunda Tədqiqat Universiteti modelini tamamlamağa yönəldiyinə görə, müəllimlərin və tələbələrin də bir canlanma havasında olduğunu sezmək çətin deyil. UNEC təkcə dünyanın aparıcı Universitetləri ilə "ikili diplom proqram"larında ölkəmizi təmsil etməklə kifayətlənmir, eyni zamanda tələbələr üçün daha keyfiyyətli təhsilin davamı üçün bir "yol xəritəsi" də təqdim edir.

Dünən də UNEC Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS Biznes və Beynəlxalq tədqiqatlar Universiteti, ABŞ-ın Linkoln Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramlarını ilk dəfə təqdim etdi. Demək ki, 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetlərin də diplomunu əldə edə bilərlər. Bu sərgidə tələbələrlə və müəllimlərlə ünsiyyət qurmaq, onların rəylərini öyrənmək fürsəti də əldə etdik. Professor Ədalət Muradovun bir rektor kimi həqiqətən də burada bir elm və tədqiqat mühiti yaratması sevindiricidir. Belə bir mühitdən başlayır irəliləməmiz, bu cür ideyalar dəstəklənməli və daha da genişləndilməlidir”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay