Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Forumun Prezidenti Borge Brende arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında Niyyət Protokolu imzalanıb.

Bu münasibətlətlə UNEC alimləri tərəfindən Dünya İqtisadi Forumunun Qurucusu və İcraçı Sədri professor Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Müvafiq sahə üzrə ilk fundamental əsər hesab edilən “Dördüncü Sənaye İnqilabı” kitabının Azərbaycan dilində nəşrinin ön sözü Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən yazılıb. Ön sözdə M.Cabbarov əsərin Azərbaycan dilində oxuculara təqdim edilməsini ölkədə müasir iqtisadi təfəkkürün formalaşması prosesinə verilən mühüm töhfə kimi qiymətləndirib.

“Dördüncü Sənaye İnqilabı” kitabının Azərbaycan dilində nəşrinin elmi redaktoru UNEC rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovdur. Əsərin Azərbaycan dilinə tərcüməsi rektorun müşaviri, dosent Elşən Bağırzadə və UNEC-in gənc müəllimi Təhmasib Əlizadə tərəfindən həyata keçirilib.

UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə kitab barədə Real TV-nin “Real İntervyu” proqramına müsahibə verib.

Müsahibənin videoyazısını təqdim edirik:

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay