UNEC-də distant imtahan sessiyasının başlaması ilə əlaqadar virtual imtahan qərargahları yaradılıb. İmtahan sessiyası zamanı qarşıya çıxan məsələlərin operativ həlli məqsədilə yaradılan virtual qərargahlar həm fakültələr üzrə, həm də ümumi universitet üzrə fəaliyyət göstərir.

Fakültələrdə virtual imtahan qərargahlarında imtahanlara birbaşa nəzarət edən proktorlar, proktorinq sistemini tənzimləyən subadminlər, fakültələr üzrə təşkil edilən bütün imtahan sistemini nəzarətdə saxlayan koordinatorlar təmsil olunurlar. Xəzər TV UNEC-də yaradılan virtual imtahan qərargahları barədə süjet hazırlayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay