A

SalamNews

“Azərbaycan Dövlət İqtisad Universitetində yeni iqtisadi mühəndislik fakültəsinin yaradılması gündəmdədir”.

SalamNews xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, bu fakültənin yaradılması ilə bağlı yeni ixtisaslar açılacaq. Eyni zamanda bu ildən Azərbaycan Dövlət İqtisad Universiteti MBA səviyyəsində səhiyyə menecerləri hazırlamağa başlayacaq.

"Mən İqtisad universitetinə insan kapitalını istehsal edən müəssisə kimi yanaşıram. Bu baxımdan UNEC-də yaradılmış kapital istehsal prosesinə tətbiq edilən zaman daha çox onun sahibinə gəlir gətirməlidir. Bu hansı ixtisaslar üzrə olacaq? Onu biz müəyyən edə bilmərik. O barədə işə götürənlər bizə müraciət etməlidirlər ki, onlara hansı kadrlar lazımdır", - rektor deyib.

Daha sonra o qeyd edib ki, bunu nəzərə alaraq UNEC-in işəgötürənlərlə açıq söhbəti aparılacaq. Əmək bazarının tələblərinin nədən ibarət olduğunu bilmək üçün işəgötürənlər ilə mütəmadi əlaqədə olmaq lazımdır. Yəni bizim hazırladığımız kadr işəgötürənin tələbinə uyğun olmalıdır, bunu isə bizə işəgötürən deməlidir.

K.Aysel.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR