A

UNEC-də Azərbaycan əsgərinə dəstək aksiyası davam edir.

Aprelin 5-də UNEC-in 2 saylı tədris binasında toplaşan tələbələr aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olan hərbçi və mülki şəxslərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.Tələbələr hər an Azərbaycan əsgərinin yanında olduqlarını, Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmağa hazır olduqlarını bildiriblər. Azərbaycan dövlət himnini oxuyaraq, Qarabağa və Azərbaycan əsgərinə aid şüarları səsləndiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay