A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Oxu saatı” keçirilib.

Maliyyə və mühasibat fakültəsi ilə Marketinq və Kommunikasiya Departamentinin birgə təşkil etdiyi “Oxu saatı”nın məqsədi tələbələr arasında mütaliəyə diqqətin artırılması, oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev UNEC-in professor-müəllim heyətinə və tələbələrə Ulu Öndərin təhsilə, elmə, kitaba olan qayğısından söz açıb. Sonra layihə haqqında məlumat verən dekan bildirib ki, növbəti görüşlərdə “Oxu saatı”nda kitabların müzakirəsi də təşkil ediləcək. Müzakirələrdə ayın ən çox oxunan, maraqlı və müzakirə edilən kitabı müəyyən ediləcək və sonda seçilən kitablar növbəti ayın mütaliəsi üçün tövsiyə olunacaq. Bundan başqa, tədbirdə tələbələr sevdikləri kitablar haqda təqdimatla da çıxış edəcəklər. “Oxu saatı”nın üstünlüklərindən danışan Gəray Musayev bildirib: “Bu gün birlikdə mütaliə etdiyimiz tələbələr UNEC-dən məzun olduqdan sonra da “Oxu saatı”na qatıla bilər. Bu da fakültənin öz məzunları ilə daima sıx əlaqədə olmasına və UNEC tələbələri ilə məzunlarının özlərini daima eyni komandanın üzvü hiss etməsinə bir vasitə olacaq. “Oxu saatı” ayda bir dəfə keçiriləcək və iştirak könüllüdür. Kitaba marağı nəzərə alaraq, gələcəkdə görüşlərin həftəlik də keçirilməsi nəzərdə tutulub”.Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov “Oxu saatı”nın Ümummilli lider Heydər Əliyevə həsr edilməsini təqdirəlayiq hesab edərək, Ulu öndərlə bağlı xatirlərini bölüşüb. “Kitab hər bir insanın ən yaxşı dostu olmalıdır”, deyən kafedra müdiri, çıxışını Aristotelin fikirləri ilə yekunlaşdırıb: “Savadlı ilə savadsız arasındakı fərq ölü ilə diri arasındakı fərq qədərdir”. Buna görə də çalışın həyatınızın heç bir mərhələsində kitabı əlinizdən yerə qoymayın. Mütləq oxuyun və özünüzdə oxuduğunuz kitabları müzakirə etmək bacarığı formalaşdırın. Bunun üçün də “Oxu saatı” sizə imkan yaradacaq. Çünki, burada tələbələr professor və müəllimlərlə birlikdə mütaliə və müzakirə edəcəklər.Sonra Ə.Ələkbərov tələbələrin istəyi ilə sonuncu oxuduğu Alan Qrispenin “İqtisadi sarsıntılar” kitabı haqqında ətraflı məlumat verib. Dekan Gəray Musayev isə oxuduğu J.G.Wissemanın “Üçüncü Kuşak Üniversitelere Doğru” kitabından danışıb. Sonra tədbir iştirakçıları özləri ilə gətirdikləri kitabları mütaliə ediblər.“Oxu saatı” haqqında bütün məlumat və şəkillər sosial şəbəkələrdə #oxusaati #kitaboxu#UNEC#readinghour #readanybookvahid haştəqi ilə paylaşılıb.

*

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR