A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiya Federasiyasında yay istehsalat təcrübəsi keçəcəklər.

UNEC-in Maliyyə və mühasibat, Biznes inzibatçılığı, İqtisadiyyat və sənaye və Kommersiya fakültələrinin III kurs tələbələrindən ibarət qrup artıq Sankt-Peterburq şəhərinə yola düşüblər. Onlar Rusiyanın Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialında təcrübə keçəcəklər. Təcrübə proqramı Rusiya Federasiyasının Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialı ilə bağlanan müqaviləyə və Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialı ilə razılaşmasına görə həyata keçirilir.

UNEC-in rektorunun muvafiq əmri ilə tələbələrin yerləşdirilməsi, Rusiya Fedrasiyası Miqrasiya xidmətində qeydiyyata alınması və banklarda gündəlik nəzarəti həyata keçirmək məqsədi ilə Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyası və Azərbaycan Respublikasının iqtisad elmləri doktoru Elnur Sadıqov təcrübə rəhbəri təyin edilib. E.Sadıqov bildirib ki, UNEC-də tədrisin dünya təhsil standartlarına uyğunlaşdırılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir. Tələbələrin dünyanını qabaqcıl ölkələrinin təcrübəsinin öyrənmələri zəruri hesab edilir. Professor Sadıqov həmçinin bildirib ki, UNEC respublikada tələbələri xarici ölkədə yay istehsalat təcrübəsi keçən yeganə ali məktəbdir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay