A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşlarla onlayn müsahibələrə start verilib. Müsahibələr Skype proqramı vasitəsilə  Azərbaycan, türk, rus və ingilis dillərində aparılır.

Müraciət edən əcnəbi vətəndaşlar unec.edu.az saytı ilə tanışlıqdan və UNEC-də təhsil alan digər tələbələrdən alınan müsbət rəylər əsasında seçimlərini etdiklərini bildiriblər. Onlar son iki ilin statistikasının təhlili əsasında UNEC-in əldə etdiyi nailiyyətləri müsbət qiymətləndirərək belə bir nüfuzlu ali təhsil müəssisəsinin tələbələri olmaq istəklərini ifadə ediblər. Sadələşdirilmiş onlayn qəbul prosesindən razılıq edən əcnəbi vətəndaşlar müraciət zamanı heç bir çətinliklə üzləşmədiklərini də bildiriblər.Müsahibə zamanı müraciət edən vətəndaşların dil bilikləri yoxlanılır. Skype müsahibələr istisnasız olaraq müraciət edən bütün əcnəbi vətəndaşlarla aparılır.

Qeyd edək ki, əcnəbi tələbələr üçün sadələşdirilmiş qəbul prosesi ilk dəfə olaraq UNEC-də ötən ildən etibarən tətbiq edilməyə başlanılıb və qısa müddətdə əcnəbi vətəndaşların marağına səbəb olub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay