Beynəlxalq mübadilə proqramları çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 28 tələbəsi 2016-2017-ci tədris ilində təhsillərini Avropada davam etdirəcək. Tələbələr 6 ölkənin - Fransa, Türkiyə, Rumıniya, Niderland, Cənubi Koreya və Polşanın nüfuzlu universitetlərində bir semestrlik təhsil alacaqlar.Azərbaycan Dövlət Televiziyasının (AzTV) növbəti “Tələbə dünyası” verilişi UNEC-in beynəlxalq proqramlarda iştirak edən tələbələrinə həsr olunub. Videomaterialda tələbələr mübadilə proqramı və xaricdə təhsilin üstünlüklərindən söz açıblar.
Videomaterialı təqdim edirik.