A

Şahbaba Məmmədov 1998-ci il oktyabrın 5-də Rusiyanın Sankt Peterburq şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə Bakıya köçən Şahbaba orta təhsilini İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində davam etdirib. O, TQDK-nın 2016/2017-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olub. Şahbaba Məmmədov UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində maliyyə ixtisası üzrə təhsil alır. UNEC tələbəsi Şahbaba Məmmədovla müsahibəni təqdim edirik:

- Şahbaba, qəbul imtahanlarında ən yüksək nəticə göstərdin, necə hesab edirsən, bunun üçün əsas nə tələb olunur?

  • İlk növbədə, hədəfi düzgün müəyyənləşdirməlisən. Yüksək nəticə ilə ali məktəbə qəbul olunmaq istəyirsənsə, öz üzərində ciddi çalışmalısan. Gündəlik dərslərə mütəmadi olaraq hazırlaşmaq, müəllimlərə diqqətlə dinləyib, verilən tapşırıqları vaxtında yerinə yetirmək lazımdır. Abituriyentlərə də məsləhətim budur ki, imtahanlara hazırlaşmağı sonuncu ilə saxlamasınlar, mütəmadi olaraq dərsləri ilə məşğul olsunlar.
  • - 700 bal toplayacağını gözləyirdinmi?
  • -Bəli. Çünki sınaq imtahanlarında da 700 baltoplamışdım. Ona görə böyük ümidlə 700 balı gözləyirdim. Qəbul imtahanı keçirilən gün çox da həyəcanlı deyildim, özümə tam güvənirdim.
  • - Universitet seçiminə təsir edən oldumu, niyə məhz UNEC-i seçdin?
  • -Düzünü desəm, fikrimdə digər universitetlər də vardı. Saytlardan universitetlər haqqında xəbərlərlə tanış olurdum. UNEC-də baş verən yeniliklər diqqətimi çox çəkirdi və mütəmadi olaraq izləyirdim. Universitetin beynəlxalq əlaqələri, təqaüd proqramları, imtahanların şəffaftəşkili və digər yenilikləri barədə məlumatım var idi. Bütün bunlar seçim etməkdə mənə yardımçı oldu.
  • - Artıq İqtisad Universitetinin tələbəsisiniz. Səncə, UNEC-də oxumağın özəlliyi nədədir?
  • -Özəllikləri çoxdur. Birincisi, UNEC regionun ən böyük iqtisadyönümlü universitetidir. Universitet QS, Webometrics kimi beynəlxalq reytinqlərdə yer alıb. Bu, o deməkdir ki, UNEC dünya universitetləri ilə rəqabət apara bilən ali təhsil müəssisəsidir. Deməli, biz gələcəkdə dünya bazarında tələb olunan kadrlar kimi formalaşa bilərik. Bundan başqa, İqtisad Universitetində təhsil 4 dildə aparılır. Elə mən özüm də ingilis dilində təhsil alıram. Dərslərin ingilis dilində tədris olunması da bizə çox böyük üstünlüklər qazandırır. Eyni zamanda, burada UNEC diplomu ilə bərabər, Avropanın nüfuzlu universitetlərinin diplomunu əldə etmək mümkündür. Eləcə də iki ixtisasa paralel olaraq yiyələnmək olar. Bu diplomlarla UNEC məzunları əmək bazarında özlərinə çox asanlıqla iş tapa bilərlər.
  • UNEC-in imtahanlarda yüksək nəticə göstərən tələbələr üçün təsis etdiyi xüsusi təqaüd proqramları bizə çox böyük motivasiyadır. Universitetdə yeniliklər davam edir. 3 layihəyə də start verilib.
  • “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsi fikrimcə çox maraqlı olacaq, çünki bu layihədə birbaşa tələbələrin fikirlərinə üstünlük veriləcək. Digər layihəyə görə, artıq valideynlər bizim dərs prosesimizdə də iştirak edə biləcək. Tələbələrlə görüşündə rektor bildirdi ki, şəxsi rəsmi facebook səhfəsi var, tələbələri narahat edən məsələləri şəxsən özü cavablandırır. Tələbənin universitetlə bağlı hər hansı bir problemi olarsa, ilk olaraq bunu rektor bilir, lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verir. Bu, tələbə üçün çox böyük güvəndir. Bütün bunlar UNEC-in özəllikləridir, saymaqla bitməz... Mən də UNEC tələbələri üçün yaradılan bu şəraitdən maksimum faydalanacağam.
  • Onu da qeyd edim ki, bu günlərdə UNEC rektoru Ədalət Muradov mənimlə görüşdü. Bu görüş məndə çox müsbət təəssüratlar yaratdı. Bir daha əmin oldum ki, UNEC-ə gəlməklə düzgün seçim etmişəm. Rektor mənə öz tövsiyələrini verdi, universitetin ictimai-sosial həyatında aktiv olmağa çağırdı.
  • -İqtisadçı olmaq istəyinin bir səbəbi varmı?
  • -İqtisadiyyat elə bir sahədir ki, hər zaman inkişaf etməlidir. Nə qədər ki, insanlar var, cəmiyyət var, iqtisadiyyat da olacaq. Mən də həmişə ehtiyac duyulacaq bir kadr olmaq istəyirəm.
  • -Seçdiyin fakültədə dərslər ingilis dilində tədris olunur. Bu, sənin üçün çətin olacaqmı?
  • -Təbii ki, çətinliklər olacaq, amma bunun üçün daha çox çalışacam və öhdəsindən gələcəyimə əminəm. Çünki təhsilin ingilis dilində olmasının çətinliyi olduğu qədər üstünlükləri də çoxdur.
  • - Boş vaxtlarını necə keçirirsən, hobbilərin, sevdiyin idman növü varmı?
  • -Boş vaxtlarımda futbol izləməyi xoşlayıram. İspaniyanın futbol komandasına azarkeşlik edirəm. Şahmatla da məşğul oluram, orta məktəbdə oxuduğum illərdə şahmat yarışlarında iştirak etmişəm. İki dəfə yarışların qalibi olmuşam.
  • -Gələcək planların necədir?
  • -Planlarım, arzularım çoxdur. İlk növbədə çalışacağam ki, universiteti də əla qiymətlərlə başa vurum. Hansı peşəyə yiyələnməyimdən aslı olmayaraq, peşəkar kadr olmağa çalışacağam. 

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay