A

SABAH  qruplarında təhsil alan tələbələrin tədrisdənkənar inkişafına şərait yaratmaq məqsədilə keçirilən açıq dərslər çərçivəsində startaplar üzrə tanınmış ekspert, TEDx spikeri, investor Tal Katranın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşü keçirilib.

Görüşdə startapların effektivliyi, gənclərin bu sahəyə marağının artırılması, startapların yaradılması və fəaliyyəti, eləcə də motivasiya mövzusunda SABAH tələbələrilə interaktiv müzakirə aparılıb.Tal Katran informasiya texnologiyaları sahəsində İsraildə yaradılan və inkişaf etdirilən startaplar haqqında məlumat verib və tələbələrin suallarını cavablandırıb.Qeyd edək ki, Tal Katran İsraildə 7 biznes katalizatorunun təsisçisidir, həmçinin İsrail, Rusiya, Hindistan və Baltikyanı dövlətlərdə biznes katalizatorlara mentorluq edir. T.Katran müxtəlif kompaniya və “start-up”ların direktoru olduğu, eyni zamanda dünya üzrə “start-up”lar, mərkəzlər və dövlət qurumları üçün peşəkar mühazirə, təlim və mentorluq xidmətləri həyata keçirib. Bir çox qlobal sahibkarlıq və texnologiya üzrə TEDx konfranslarında sahibkarların üzləşdiyi lakin qalib gələ biləcəyi maneələr barədə çıxışlar edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR