A

Noyabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə Paşa Həyat ASC-nin İnsan resursları departamentinin direktoru Tural Məmmədovla tələbələrin görüşü keçirilib.

İqtisadiyyat və Texnologiya və Dizayn  fakültələrinin tələbələri ilə görüşdə T.Məmmədov şirkətdəki mövcud vakansiyalardan söz açıb, təcrübə proqramları barədə danışıb. CV hazırlamağın yollarını izah edərək, müsahibə zamanı davranış qaydaları və namizədin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər verib.

Görüşdə tələbələrin Paşa Həyat ASC-də karyera imkanlarına dair sualları cavablandırıb. Fəal tələbələrə şirkətin xüsusi hədiyyələri təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay