A

Noyabrın 17-si Beynəlxalq Tələbə Günüdür. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri bu günlə bağlı video çarx hazırlayıb. Tələbə Gənclər Təşkilatının hazırladığı videoçarxda UNEC-in əcnəbi tələbələrindən birinin bir günlük həyatı öz əksini tapıb.

Videoçarxda Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbəsi Arogun Michael Oluvasegun çəkilib. O, Nigeriya vətəndaşıdır və UNEC-də maliyyə ixtisası üzrə təhsil alır.

 

 VİDEO  

 

 

Qeyd:

 

“Beynəlxalq Tələbə Günü” 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunan beynəlxalq tələbələr konqresində təsis edilib. Bu gün gənclik, romantika, şənlik günü kimi qəbul edilsə də, onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 28 oktyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib. Respublika günü münasibəti ilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Analoji hadisələrin qarşısının alınması məqsədi ilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb. Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hökmü olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR