A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri ilə tələbələrin görüşünə start verilib.

Əməliyyat Komitəsinin nümayəndələri “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqlar haqqında danışaraq, ölkədə möhtəşəm və yaddaqalan olimpiada keçiriləcəyini qeyd ediblər. “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının tarixindən və bu günündən danışan nümayəndələr, belə mötəbər bir tədbirin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün səmimi, mehriban könüllü tələbələrə ehtiyac olduğunu qeyd ediblər: “Seçilən bu gənclər oyunların güzgüsü olacaq və Bakıya gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edəcəklər”. Nümayəndələr mehriban, xeyirxah, ünsiyyət qurmağı bacaran, məsuliyyətli, dil biliyi olan və komandada işləməyi bacaran tələbələri bu seçimdə iştirak etməyə səsləyiblər.

Sonda nümayəndələr tələbələri maraqlandıran sualları cavablandırıblar.

Görüşlər UNEC-in bütün tədris binalarında təşkil ediləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay