A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası “Azerbaijan Business Case Competition” (ABCC) müsabiqəsində ikinci yerə layiq görülüb.

ADA Universitetində  “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında keçirilən “Azerbaijan Business Case Competition” (ABCC) müsabiqəsinin ideyası, layihə çərçivəsində müsabiqəyə qoşulan III-IV kurs tələbələrinin və magistrlərın iqtisad-yönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə maraqlı olan gənclərə dəstək vermək və onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçi olmaq kimi məqsədləri özündə birləşdirir.

Layihə çərçivəsində işçi qrupu müsabiqəyə hazırlıq məqsədilə yeddi həftəlik biznes-yönümlü müxtəlif nəzəri və praktiki sahələr ilə bağlı təlimlər veriblər. Layihənin bütün təlimlərində uğurla iştirak edən tələbə və magistrlər müsabiqənin hazırlıq mərhələsinə keçiblər. Əsas mərhələ hesab olunan müsabiqədə hər biri dörd nəfərdən ibarət olan on dörd komanda üçün hər həftə Harvard Universitetinin biznes keysləri təqdim olunmaqla, müzakirə və təqdimatlar əsasında praktiki bilik və bacarıqların mənimsənilməsi üçün şərait yaradılıb.

Final mərhələsinə bir UNEC, üç ADA Universitetinin komandası olmaqla dörd komanda yüksəlib. Gərgin keçən yarışda UNEC komandası ikinci yerə layiq görülüb. Komandanın üzvləri Beynəlxalq İqtisadiyyat Məktəbinin  III kurs tələbələri Nicat Behbudov, Aysel Kətənova, Zümrüd Həsənli və Əşrəf Hüseynovdur.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay