A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnternational humor school” adı altında tədbir keçirilib.

UNEC-in Xarici dillər kafedrası ilə Beynəlxalq İqtisadiyyat Məktəbinin  birlikdə təşkil etdiyi tədbirdə tələbələrin ifasında müxtəlif səhnələr nümayiş edirilib, musiqilər səsləndirilib. Tələbələrin dünyada baş verən proseslərə sərrast yumor ilə yanaşmaq bacarığı diqqəti xüsusi cəlb edib.

Tədbirin ssenari müəllifi Xarici dillər kafedrasının müəllimi Aynur Mirzəyeva  bildirib ki, belə tədbirlər tələbələrdə intellektual yumor hissinin formalaşmasında böyük rol oynayacaq. Eyni zamanda, onların yaradıcı potensialının, hazırcavablıq, hadisələrə yerində və operativ münasibət bildirmə vərdişi aşılayacaq. A.Mirzəyeva tələbələrin öz heyrətamiz və sərrast yumorlarını vaxtında və yerində istifadə etmək bacarıqlarını yüksək qiymətləndirib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay