A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxlaq İqtisadiyyat Məktəbinin II kurs tələbələri Mühasibat uçotu dərsini dünyanın ən böyük dörd auditor (Big 4) şirkətlərindən biri olan EY şirkətində keçiblər. UNEC ilə EY şirkəti arasında əldə edilən razılaşmaya əsasən, Beynəlxlaq İqtisadiyyat Məktəbində “Mühasibat uçotu” fənnini EY şirkəti tədris edir. Bu dəfə şirkətin ofisində keçirilən dərsi EY şirkətinin müəllimləri və əməkdaşları tədris edib. Onlar Mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələrə mühasibat uçotunun praktiki tərəfləri izah etməklə, real iş mühitini də nümayiş etdiriblər.

Qeyd:

EY şirkətində dərsdə olan Beynəlxlaq İqtisadiyyat Məktəbinin 1042-ci qrupu UNEC tərəfindən pilot qrupu olaraq seçilib və burada tələbə biliyinin qiymətləndirilməsində dərsə davamiyyət hesablanmır. Buna baxmayaraq, semestrin sonundakı nəticələr tələbələrin davamiyyətində dəyişiklik olmadığını göstərib.  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR