A

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 2016-cı ilin sonunda ali məktəb tələbələri arasında keçirilən Futzal idman yarışının, “Nə? Harada? Nə zaman?” intellektual oyununun və “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə

AHİK-in  sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən söz açaraq, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısının təhsilə, mədəniyyətə, idmana daim böyük önəm verdiyini deyən AHİK-in sədri diqqətə çatdırıb ki, müvafiq sahələrdə qazanılan nailiyyətlər ildən-ilə artır. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S. Mehbalıyev bildirib ki, ATİAHİRK tələbə və gənclərin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər reallaşdırır.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında gənclərə göstərilən qayğıdan, onların elmə və təhsilə, idmana olan maraqlarından və uğurlarından danışıb, ölkəmizdə təhsilin, mədəniyyətin və idmanın inkişafı üçün geniş imkanlar yaradıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm tədbirə ev sahibliyi edəcək.Sonra qaliblərə mükafatlar təqdim edilib.“Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi adını qazanan UNEC tələbələrinə I yerin mükafatı təqdim edilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Dövlət Universitetinin tələbələri isə II və III yerə layiq görülüblər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR