A

Dünyanın dayanıqlı inkişaf mövzusunu irəli sürən aparıcı tələbə təşkilatlarından olan “oikos-Bakı”nın təşkilatçılğı ilə UNEC-də “Moneypulation: Conumption Trap” mövzusunda seminar keçirilib.

Seminar tələbələr arasında dayanıqlı inkişaf konsepsiyasının təbliği, innovativ yeniliklər, iqtisadi artımın davamlılığı mövzularını əhatə edib. Tələbələr cəmiyyətdə düzgün və dayanıqlı istehlak bacarıqlarının inkişaf etdirilməsi, istehlak zamanı seçimlərini daha rasional və səmərəli olması barədə məlumatlandırılıblar.

Seminarda Unibank-ın marketinq direktoru Yevgeniy Soltanov “Marketinq strategiyaları – onlar bizə necə təsir edirlər?”, UNEC-in  Biznes Məktəbinin direktor müavini Fariz Quliyev “Dayanıqlı istehlak bacarıqları” və SOCAR-ın ixrac marketinq mütəxəssisi Seymur Quliyev “İstehlakın psixologiyası və israfçılığı” mövzularının əsaslarını interaktiv üsullarla izah ediblər.

Qeyd: “oikos” təşkilatı dayanıqlı inkişaf konsepsiyasını irəli sürən ən önəmli beynəlxalq tələbə təşkilatlarından biridir. Təşkilatın 21-dən cox ölkədə 40-a yaxın yerli şöbələri fəaliyyət göstərir. “oikos” beynəlxalq birliyinin 1000 tələbə və 3000-dən çox məzundan ibarət professional komandası 50000 tələbə və gənci əhatə edir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay