A

UNEC-in “Kitab at!” layihəsi uğurla davam edir.

Martın 17-də UNEC-in dəstəyi,

“İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin

 təşkilatçılığı ilə həyata keçirilən “Kitab at!” layihəsi çərçivəsində Bakı sakinlərinə kitab hədiyyə edilib.

“Kitab at!” layihəsinin məqsədi ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirmək məqsədi daşıyır. Layihə çərçivəsində tələbə könüllülər uşaq ədəbiyyatı, şeir və romandan ibarət on beş min kitabı Bakı, Gəncə və Lənkəran sakinlərinə hədiyyə olaraq paylayırlar.

Artıq Gəncə şəhər YAP Gənclər Təşkilatının aktiv gənclərindən ibarət könüllülərin iştirakı ilə Nizami Gəncəvinin “Xəmsə”sindən ibarət 5000 kitab Gəncə sakinlərinə hədiyyə edilib. Layihə Lənkəranda davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay