A

UNEC-də “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” adlı tədbir keçirilib.

Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən görüşdə UNEC məzunu, aprel şəhidi Tural Dadaşovun anası Kəmalə Dadaşova oğlu haqqında xatirələrini danışıb. Onun hər zaman torpağını və dövlətini sevən bir gənc olduğunu tələbələrin diqqətinə çatdırıb. Şəhidin qardaşı Fərid Dadaşov qardaşının vətənpərvərlik duyğularından söz açaraq, onun tələbə olarkən UNEC-in ictimai həyatında fəal iştirakından danışıb.

Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanovun qardaşı Sadiq İmanov şəhidin döyüş yolundan danışıb: “Fəxarətlə xatırlayıram ki, qardaşım daima “Mən Vətən üçün hər an canımdan keçməyə hazıram!” deyərdi”.

Tədbirdə dövlətin şəhid ailələrinə qayğısından razılı ifadə edilib, bildirilib ki, bütün şəhidlərin xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaq.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR