A

Aprel döyüşlərində şəhid olan UNEC məzunu Mahir Mirzəyevin xatirəsi anılıb.

Bu gün UNEC auditoriyalarında aprel şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra universitetin professor-müəllim heyəti və tələbələr şəhid Mahir Mirzəyevin məzarını ziyarət ediblər. UNEC kollektivi şəhidin məzarı önünə əklil qoyaraq, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev şəhid Mahir Mirzəyevin tələbə olarkən daima öz fəallığı ilə xüsusi fərqləndiyini diqqətə çatdırıb: “Mahir tək tələbə kimi yox, həm də əsgər kimi fərqləndi. Hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medal ilə təltif edildi”.  Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın tez bir zamanda düşmən tapdağından azad olunacağına inandığını bildirən dekan Mahirin işıqlı xatirəsinin onu sevənlərin qəlbində daima yaşayacağını qeyd edib.

Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professorƏli Əlirzayev Mahirin tələbəlik illərindən söz açıb, onun səmimiyyəti, vətənpərvərliyi, dünyagörüşü və savadı ilə xüsusilə seçildiyini qeyd edib. Şəhidin atası Sabir Mirzəyev oğlunun qorxmazlığından, vətənpərvərliyindən danışaraq, onunla fəxr etdiyini diqqətə çatdırıb. 

Mahir Mirzəyevin müəllimləri, tələbə yoldaşları şəhidlə bağlı xatirələrini bölüşüblər. Mahirin çalışqan, dərslərinə məsulliyətlə yanaşdığını, fakültənin ictimai həyatında fəal iştirak etdiyini və kollektivin dərin hörmətini qazandığını bildiriblər. Çıxış edənlər Mahirin hər bir azərbaycanlı üçün bir örnək olduğunu və onunla fəxr etdiklərini vurğulayıblar. Şəhidlərin əziz xatirəsini daim əziz tutacaqlarını qeyd ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR